Cavid İmamverdiyevin yeni klubu bəlli olub.
"Football-plus.az" xəbər verir ki, o, Region Liqası təmsilçisi "Ağsu Siti" ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", "Şəki" və son olaraq "Zəngəzur"un formasını geyib. O, millimizin heyətində 11 oyun keçirib və 1 qol vurub.