• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ulduzlar A seriyasını tərk edir - YAZI

Dünya futbolu

21-07-2023, 12:0

Bir çox məşhur oyunçu bu yay İtaliya klubları ilə vidalaşıb. Hərçənd bir müddət əvvəl belə görünürdü ki, yerli futbol dirçəlir.

Avrokuboklarda uğurlar və itkilər

Ayyarım əvvəl A seriyasının dirçəlişinidən danışırdıq. İtaliya son illərdəki ən uğurlu avrokubok mövsümünü keçirmişdi, finalların hər birində kalçonun təmsilçisi var idi, üstəlik daha iki komanda yarımfinalda dayanmışdı. Düzdü, titullar qazanmaq mümkün olmadı, bununla belə, yüksəliş təəssüratı var idi. İtaliya klubları oyunların heç birində birmənalı zəif təsir bağışlamadı: “Roma” “Sevilya”ya yalnız penalti seriyasında uduzdu, “Fiorentina” həlledici qolu son dəqiqədə buraxdı, demək olar ki, heç kimin inanmadığı “İnter” isə nəhəng “Mançester Siti” ilə dueldə sensasiyaya çox yaxın idi. Ancaq indi – transfer çalışmalarının qaynar çağında etiraf etmək lazımdı ki, A seriyasına münasibətdə işlədilən “hakimiyyəti götürməyə döndük” tipli söhbətlər aşkar mübaliğədi. İtaliyanın top-klubları güclü oyunçularını itirməkdədi. “İnter” Marselo Brozoviç, Milan Şkrinyar və Edin Cekosuz qalıb, Andre Onana isə tezliklə “Mançester Yunayted”ə keçəcək. “Milan” orta sahənin lideri Sandro Tonalini “Nyukasl”a satdı. “Napoli” “Bavariya”ya yollanan aparıcı yarımmüdafiəçisi Kim Min Ce ilə vidalaşdı. “Latsio” Səudiyyə Ərəbistanından aldığı təklifə şirniklənən Sergey Milinkoviç-Saviçi saxlaya bilmədi. Yaxşı, “Fənərbaxça”ya yollanan 37 yaşlı Cekonu ulduzlar siyahısından çıxarmaq olar. Hərçənd bosniyalı ötən mövsüm yetərincə yaxşı təsir bağışladı və hələ bir il də İtaliyada oynaya bilərdi. Ancaq Tonali, Milinkoviç-Saviç və Kim A seriyasında çıxış edən oyunçuların “top-10”unda idi. Əks istiqamətdə isə ancaq İngiltərə premyer-liqasında lazım olmayan Ruben Loftus-Çik və ya Kristian Pulişiç kimi oyunçular gəlir ki, onlar da “Milan”da oynayacaqlar.

“İnter”

Və belədə sual yaranır: bu nədi – trend və ya təsadüflərin ardıcıllığı? Sözsüz, hər klubun və hər transferin öz tarixçəsi var. Elə həmin Brozoviçi Səudiyyə Ərəbistanına çağırdılar – kim imtina edərdi ki?! “İnter” isə 30 yaşlı xorvatı saxlamaq istəmədi. Klubda futbolçunun davranışı ilə bağlı müəyyən məyusluq var idi. Marselo payızda zədə aldı, uzun müddət bərpa olundu və oynamadı, ardından heç nə olmayıbmış kimi dünya çempionatında özünü fəda etdi. Bu transferdə yalnız qiymət sövdələşməsi bir qədər sürdü: “İnter” imkan daxilində daha çox qazanmaq istəyirdi, ancaq nəticədə hər şeyə tüpürüb 18 milyon avroya razılaşdı. PSJ çoxdan Şkrinyarın ovuna çıxmışdı. Ötən mövsüm 28 yaşlı slovakiyalı üçün yaxşı alınmadı və indi “İnter”də yalnız ona heyifsilənirlər ki, yayda onu parislilərə satmadılar, nəticədə pulsuz getdi. Onanaya gəlincə, kimsə gəlib qapıçıya görə 50 milyon avro və bonuslar təklif edirsə, qarşısında dayanmaq çətindi. Bir halda ki “İnter”də maliyyə planında hələ də hər şey qaydasında deyil. Böhran artıq neçə ildi davam edir. Klubun əsas səhmdarı olan Çin şirkəti “Suning”in biznesində problem yaranandan bəri vəziyyət qarışıqdı. Maliyyə problemi həm koronavirus pandemiyası, həm də Çin hökumətinin dəyişən siyasəti ilə bağlıdı. Məhz bu üzdən klubdan transfer bazarında maksimum fəallıq tələb etməyə öyrəşən Antonio Konte skudetto qazanandan sonra getdi. Məsələn, 2021-ci ildə “İnter”in itkisi 120 milyon avro təşkil edib. Ötən mövsüm əməkhaqqı cədvəli isə 133 milyon avronu aşıb. İtaliyada futbolçularına bundan artıq pulu (160 milyon) yalnız “Yuventus” ödəyir (müqayisə üçün deyək ki, “Napoli”də bu məbləğ 75 milyona yaxındı). Yuxarıda adını çəkdiyimiz Brozoviç ildə 11 milyon, Ceko 9 milyon, Şkrinyar isə 5,5 milyon avro alırdı. Odu ki, bütün başqa məqamlarla yanaşı, “İnter” əməkhaqqı cədvəlini də yüngülləşdirdi.

“Milan”, “Napoli”, “Latiso”

Tonalinin “Milan”la bağlı tarixçəsi də oxşardı. Bəli, 23 yaşlı yarımmüdafiəçi klubun azarkeşi və cəfakeşidi, yaxın gələcəkdə kapitanı da ola bilərdi. Ancaq masanın üzərinə 64 milyon avro + bonuslar təklifi qoyulursa, müqavimət göstərmək çətinləşir. Hə, “Milan”ın amerikalı sahiblərini pulun onlar üçün tarixdən, ruhdan vacib olmasına görə söymək olar. Amma cəmi bir neçə il əvvəl dahi klub iflasın astanasında idi və başı “maliyyə feyr-pleyi” pozuntusuna görə UEFA ilə məhkəmə çəkişməsinə qarışmışdı. Bu iş az qala avrokuboklardan uzaqlaşdırılma ilə nəticələncəkdi. Milan nəhənglərindən fərqli “Napoli”nin maliyyə problemi yoxdu. O mənada ki, klubun boynundan milyonluq kreditlər, borclar və itkilər asılmayıb. Aurelio De Laurentis bu planda yetərincə çalışqan klub sahibidi. Cənubluların sahibi, əlbəttə, bəzən psixləşə və heç kimin bazarın hansı istiqamətə yönələcəyini bilmədiyi koronavirus yayının ortasında Viktor Osimhenə görə 75 milyon avro ödəyə bilər, ancaq bu istisnadı. Yetərincə təvazökar əməkhaqqı cədvəli də bundan xəbər verir. Bir halda ki “Bavariya” Kimin müqaviləsindəki 50 milyon avro həcmində dəbbəpulu şərtindən yararlanmaq fikrindədi, yaxşı, satırıq. Ötən yay isə “Napoli”, məsələn, Fabian Ruisi PSJ-yə 23 milyona satdı, hərçənd ispaniyalı orta sahənin vacib elementi kimi görünürdü. “Latsio və Milinkoviç-Saviç ilə bağlı xüsusi suallar yoxdu – 28 yaşlı serbi Səudiyyə ərəbləri şirnikləndirdilər. Onu buna, yəni pulu seçdiyinə görə mühakimə etməyə dəyməz. “Latsio” “Əl-Hilal”dan 40 milyon avro alacaq, futbolçu özü isə ildə 20 milyon avro əməkhaqqı. Gördüyümüz kimi, zahirən hər klibda fərqli detallar və nüanslar var. Bununla belə, etiraf etmək lazımdı ki, İtaliyanın top-klublarının ulduzları saxlaması qeyri-adi dərəcədə çətindi. Bəli, istisna var – məsələn, Rafael Leao. Ancaq yeni müqavilə nəfəs dərməkdi, daha portuqaliyalının bütün karyerasını “Milan”da keçirəcəyinin sübutu deyil. Gələn yay İngiltərə premyer-liqasından 100-150 milyon avroluq təklif gələcəyi halda onun satılacağına şübhə yoxdu. A seriyası bu mənada donor-liqadı, bütün son uğurlara baxmayaraq. Ancaq İngiltərə premyer-liqasının və Səudiyyə Ərəbistanı çempionatının fonunda istənilən liqa və istənilən klub – “Real”, “Bavariya” və PSJ istisna olmaqla – donordu. Avropa futbolunun yeni reallığı belədi və hər növbəti “transfer pəncərəsi” bunu təsdiqləyir. Məsələn, ötən yay İtaliya, İspaniya, Almaniya və Fransa klubları birlikdə transferlərə İngiltərə premyer-liqasından daha az pul xərcləmişdi. Əlbəttə, müqavimət göstərmək olar. Ancaq bu köpüyün şişirdilməsi olacaq ki, o da bir gün bərkdən partlayacaq.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-06-2023, 19:0

İspaniya klubları avrokubokların finalında çox amansızdı!

Dünya futbolu

16-06-2023, 19:0

İtaliya futbolu tərəqqi yoluna qədəm qoyub?

Avrokuboklar

13-03-2023, 16:0

Avrokuboklarda 1/8 finalların ilk oyunlarında türk klubları üçün qeydə alınan MARAQLI FAKTLAR

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Dünya futbolu

24-02-2023, 18:0

A seriyası üçün rekord göstərici

Aktual
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Son xəbərlər
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
Daha çox
Oxunub: 289
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 245
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə