• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliya futbolu tərəqqi yoluna qədəm qoyub?

Dünya futbolu

16-06-2023, 19:0

İtaliya kalçosunun mövsümü bir qədər uzandı.

"Football-plus.az" xəbər verir ki, yalnız bir neçə gün əvvəl A seriyasının növbəti mövsümündə iştirak edəcək son iki komanda müəyyənləşdi. “Verona” elitada yerini qorumaq uğrunda neytral meydanda keçirdiyi oyunda “Spetsiya”ya 3:1 hesabıyla qalib gəlməklə bu komandanı aşağı diviziona göndərdi. Və bunu Salvatore Bokkettinin ilk ciddi məşqçi uğuru saymaq olar. “Rubin”in və “Spartak”ın sabiq müdafiəçisi mövsümün gedişində “sükan arxasına” keçəndə komanda B seriyasına doğru yol almışdı, ancaq son nəticədə İtaliya futbolunun elitasında yerini qoruya bildi.

Pley-offun əsas qəhrəmanı isə “Lester”in əfsanəvi çempionluğunun memarlarından biri Klaudio Ranyeri oldu. 71 yaşlı məşqçi “Kalyari”ni ötən ilin dekabrında qəbul etdi. Onda komanda B seriyasında 14-cü pillədə qərarlaşmışdı və yalnız aşağı diviziona yuvarlanmamaq haqda düşünürdü. Ranyeri isə nəinki sardiniyalıları bataqlıqdan çıxardı, onları həm də elitaya yüksəlmək uğrunda pley-off oyunlarına daşıya bildi. Burda isə bir-birinin ardınca “Venetsiya”nı, “Parma”nı və nəhayət, “Bari”ni “boğdu”.

“Bari” ilə cavab oyunu (ilk yarı 1:1 bitmişdi), ümumiyyətlə, dramatik axarda keçdi. 0:0 hesabı 94-cü dəqiqəyə qədər qorundu. Ancaq Ranyerinin 89-cu dəqiqədə meydana buraxdığı Leonardo Pavoletti qələbə topunu vurmağı bacardı. 71 yaşında da motivasiyasını itirməyən, peşəkarlıq, incəlik və intelligentlik nümunəsi kimi qalan mütəxəssisin önündə, sadəcə, təzim etmək lazımdı.

“Kalyari” ilə “Verona”ya qədər “Frozinone” və “Cenoa” da elitada oynamaq hüququ qazanmışdı, “Spetsiya” ilə birgə yüksək divizionu tərk edənlər isə “Kremoneze” ilə “Sampdoriya”dı. İtaliyada yeni futbol mövsümü avqustun 19-da start götürəcək. Ölkə kubokunun finalının tarixi hələ müəyyənləşməyib, Superkubok uğrunda oyunlar isə gələn ilin yanvarında, özü də yeni formatla keçiriləcək. İş ondadı ki, bu dəfə Superkubok uğrunda oyunda iki komanda üz-üzə gəlməyəcək. Mükafat uğrunda skudettonun son sahibi “Napoli”, A seriyasında 2-ci yeri tutan “Latsio”, ölkə kubokunun son qalibi “İnter” və bu turnirin finalçısı “Fiorentina” mübarizə aparacaq.

İtaliya təmsilçilərinin bu il avrokubokların üçünün də finalında uduzması, yığmanın gənclər arasında dünya çempionatının finalında Uruqvaydan aldığı məğlubiyyət fonunda belə, başa çatan futbol mövsümün yekunlarını A seriyası üçün müsbət dəyərləndirmək olar. Bəli, ötən əsrin 80-90-cı illərində A seriyası Avropanın klub turnirlərində dominant mövqeyindən çıxış edirdi. İtaliya klubları bir il üç finalın üçündə, daha üç dəfə üç finalın ikisində qalib gəlmişdilər. Həmin liqa Avropanın ən güclü turniri idi, bu üzdən komandaları müntəzəm finallarda görünürdü, favorit sayılır və tez-tez kubokları ələ keçirirdilər. İndiki A seriyası üçün finalların özündə iştirak belə yerli futbol təsərrüfatını bürüyən çoxsaylı problemlər, dünya səviyyəli ulduzların yoxluğu fonunda artıq böyük uğurdu. Bəli, “Roma”, “Fiorentina” və əlbəttə, “İnter” finaldakı məğlubiyyətə görə aşkar üzüntü içindədi, axı kubok onların biraddımlığındaydı. Ancaq mövsüm başlamamış kimsə İtaliya klublarının avrokubokların üçünün də finalında oynayacağını (Apenninin daha iki klubu yarımfinalda mübarizəni dayandırıb) proqnozlaşdırsaydı, başqaları həmin adama dəlixananın yolunu göstərərdilər.

Çempionlar Liqasının növbəti mövsümündə İtaliyanı “Napoli”, “Latsio” və Milan nəhəngləri – eyniadlı komanda ilə “İnter” təmsil edəcək. A seriyası Avropa Liqasına “Roma” ilə “Atalanta”nı göndərəcək. Konfrans Liqasında isə “Yuventus” çıxış edəcək. Yox, UEFA turinliləri cəzalandırsa, onların yerini “Fiorentina” tutacaq.

Kalçoda işlərin ümumi axarı fonunda A seriyası başa çatan mövsümü aktivinə yazmağa məcburdu. Amma avrokubokların yeni mövsümü İtaliya futbolunun sabiq, dayanıqlı tərəqqi yoluna qədəm qoyduğunu, yoxsa gördüyümüz mənzərənin hadisələrin xoş axarından irəli gəldiyini hər kəsə göstərəcək.

Yeri gəlmişkən...
"İnter" baş məşqçisi Simone İnzaginin müqaviləsinin müddətini uzadacaq. Bu haqda barədə məşhur insayder Nikolo Skira xəbər yayıb. Onun sözlərinə görə, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulacaq. Milan təmsilçisinin rəhbərliyi İnzaginin maaşını da artırmaq qərarına gəlib.

Qeyd edək ki, İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Onun komandası Çempionlar Liqasının finalında “Mançester Siti"yə 0:1 hesabıyla uduzub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-10-2022, 18:0

İtaliyada və Fransada növbəti istefalar

Dünya futbolu

15-10-2022, 10:0

İtaliyada yeni təyinat

Dünya futbolu

26-02-2023, 16:0

A seriyasında yeni təyinat

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə