Çempionlar Liqasında 1/8 finalın ilk oyunları arxada qalıb.
Football-plus.az xəbər verir ki, bu mərhələnin startı İtaliya klubları üçün uğurlu alınıb. Belə ki, A seriyasının hər 3 təmsilçisi ilk oyunlarda qələbə qazanıb: “Milan” evdə “Tottenhem”ə (1:0), “İnter” “Portu”ya (1:0), “Napoli” isə Almaniyada “Ayntraxt”a (2:0) qalib gəlib. İtaliya komandaları indiyədək pley-offa 3 qələbə ilə başlamamışdılar. Başqa sözlə, A seriyası üçün rekord göstərici qeydə alınıb.