“CBC Sport” telekanalının baş direktoru Volkan Üst Peşəkar Futbol Liqasının inzibati binasında qonaq olub.
"Football-plus.az" xəbər verir ki, ötənmövsümkü uğurlu əməkdaşlığa görə yayımçı şirkət Peşəkar Futbol Liqası tərəfindən xüsusi mükafata layiq görülüb. Bu barədə PFL-in saytı məlumat yayıb.
Mükafatı Volkan Üstə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.