Dünya çempionatında oynaya bilməyəcək

8.06.2026 15:24 9
Dünya futbolu
Avstriya yığması dünya çempionatı ərəfəsində itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Kristof Baumqartner zədə səbəbindən nəhəng turnirdə çıxış edə bilməyəcək. 26 yaşlı futbolçu Tunis yığması ilə yoldaşlıq oyunundan (1:0) əvvəl isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədə alıb. MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.

Kristof son mövsüm “Leyptsiq”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlavə edək ki, Avstriya yığması J qrupunda İordaniya, Argentina və Əlcəzair ilə qarşılaşacaq.