MBA-da finalçıların bəlli olduğunu xəbər vermişdik.
Bəli, növbəti çempion “San-Antonio” – “Nyu-York” duelində müəyyənləşəcək. Bu seriyanın dünən keçirilən ilk oyununda “Nyu-York” qələbə qazandı.
“San-Antonio” – “Oklahoma-Siti” cütündə mübarizə 7-ci oyuna qədər uzandı. Həlledici oyunda qalib gələn (111:103) “San-Antonio”nun heyətində Viktor Vembanyama yenə parladı. Həmin oyunda 22 xal toplayan 22 yaşlı fransalı ulduz qələbənin ardından göz yaşını saxlaya bilmədi: “Hisslərimi izah edə bilmirəm. Elə güclü həyəcan keçirirəm ki... Ancaq hələ iş bitməyib. Çempion olmaq üçün bizə daha dörd qələbə lazımdı”.
final
San-Antonio – Nyu-York 95:105 (27:19, 28:29, 21:28, 19:29)
Seriyada hesab – 0:1.