“Şəfa”nın yay hazırlıq planı bəlli oldu

8.06.2026 18:23 28
Ölkə futbolu
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.

İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək.

Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.