Millimiz Çexiya ilə üz-üzə gələcək

29.07.2026 10:54 15
İdman
Bu gün 18 yaşadək oğlanlardan ibarət basketbol millimiz Xorvatiyanın Opatija şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız B qrupunun sonuncu oyununda Çexiya millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Xatırladaq ki, yığmamızın qrup mərhələsində iki qələbəsi və iki məğlubiyyəti var. Yığmamız Polşa və İslandiya millisinə məğlub olub. Ukrayna və Portuqaliya seçməsi üzərində isə qələbə qazanıb.