“Football-plus.az” bu məsələ ilə bağlı paytaxt klubunun mətbuat katibi Heybət Məmmədovun fikrini öyrənib:
“Məhəmməd Medfai rəsmi şəkildə “Şəfa”nın futbolçusu olmayıb. Bu səbəbdən onun komandanı tərk etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Lakin futbolçu ilə transfer danışıqlarımız olub və tərəflər arasında ilkin razılıq əldə olunub. Onunla, sadəcə, pre-kontrakt (ön müqavilə) imzalamışdıq. Bakıya gəlməsi üçün klub tərəfindən bilet alınsa da, son anda fikrindən daşınaraq müxtəlif bəhanələr gətirib. Daha sonra isə Bolqarıstanın “Lokomotiv” klubuna transfer olunub. “Şəfa” Məhəmməd Medfai ilə bağlı hüquqi addımlar atıb və FİFA-ya rəsmi şikayət ünvanlayıb. Qaydalara uyğun şəkildə “Lokomotiv” də məsələ ilə bağlı məlumatlandırılıb”.
İSRAYIL XEYRULLAYEV





