"Hər şey yaxşıdı, amma davam etmək lazımdı".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Aleksey İsayev deyib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verən oyunçunu dinləyək:
"Çətin oyun oldu. İlk hissədə meydana öyrəşməyə çalışırdıq. Düzünü desək, ilk hissədə bir az alınmadı. Fasilədə baş məşqçimiz tövsiyələrini verdi. İkinci hissədə toparlandıq. Qol epizodu yaratdıq və yararlandıq. Öz futbolumuzu oynamağa başladıq. İndi növbəti rəqibimizi gözləyirik. Klub tarixində ilk addımımızı atmışıq. Bizi həm burda, həm də ev oyununda dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Sizləri çox istəyir və dəstəyiniz üçün təşəkkür edirik".
Xatırladaq ki, Finlandiyada keçirilən cavab qarşılaşmasında KuPS-a 2:0 hesabı ilə qalib gələn "Sabah" iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.