Türkiyə çempionatında çıxış edən ''Fatih Karagümrük''ün yeni baş məşqçisi məlum olmaq üzrədi. Deyəsən İstanbul təmsilçisində italiyalı məşqçilərlə bağlı ənənə davam edəcək.
"Football-plus.az" xəbər verir ki, uzun fasilədən sonra 2020/21-də elitaya qayıdan bu kollektivdə son 3 mövsümdə Françesko Farioli və Andrea Pirlo kimi italiyalı mütəxəssislər çalışıb.
3-cü italiyalının isə Fabio Kannavaro olacağı gözlənilir. Futbolçu kimi ''Qızıl top''u qazanmış sonuncu müdafiəçi olan Kannavaro danışıqlar üçün İstanbula gəlib. Tərəflərin qısa müddətdə anlaşacağı gözlənilir. 49 yaşlı Kannavaro daha öncə ''Quançjou'', ''Əl-Nəssr'', ''Tyançzin'', ''Benevento'' kimi klubları çalışdırıb.
Xatırladaq ki, ''Fatih Karagümrük'' ötən mövsümü 8-ci pillədə başa vurmuş, Pirlo isə sona 3 tur qalmış ayrılmışdı.