Andrea Pirlo bundan sonra İtaliya çempionatının B seriyasında işləyəcək.
"Football-plus.az" xəbər verir ki, o, “Sampdoriya”nın baş məşqçisi təyin olunub. 44 yaşlı mütəxəssis Genuya klubu ilə 2 illik müqavilə imzalayıb. Xatırladaq ki, “Sampdoriya” A seriyasının son mövsümünü sonuncu - 20-ci yerdə başa vuraraq 2-ci diviziona düşüb.
Pirlo məşqçilik karyerasına vaxtilə futbolçu kimi çıxış etdiyi “Yuventus”da başlayıb. Onun sonuncu iş yeri “Fatih Karagümrük” olub.