• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola “Siti”nin personalına 750 min funt sterlinq payladı

Dünya futbolu

21-06-2023, 18:0

Doğrudan da, şəxsiyyət olmaq çətindi. Bəzən milyonlar sənin başından aşa bilər, amma paylaşmaq bacarığın, qabiliyyətin yoxdusa, nə fayda?!

“Football-plus.az” xəbər verir ki, Xosep Qvardiola isə hərtərəfli şəxsiyyətdi. Premyer-liqada qələbəyə görə ona çatmalı olan mükafatı tam həcmdə “Mançester Siti”nin personalı arasında payladı, resepndə çalışanlardan tutmuş qidalanma xidmətinə baxanlara, təhlükəsizlik xidmətinə qədər. Bu adamlar onsuz da titula görə ciddi mükafat almışdı, ancaq Qvardiolanın ayırdığı bonus həmin məbləği önəmli dərəcədə artırdı.

“The Telegraph” bildirir ki, baş məşqçiyə 750 min funt sterlinq (1 milyon 633 min manat – red.) düşəcəkdi. “Siti”nin bəzi ulduz oyunçularına məhz göstərilən məbləğ çatıb. Qvardiola tez-tez komandaya səhnəarxasında yardım edənlərin rolunu vurğulayır, ən yaxşı məşqçi mükafatını alanda personala minnətdarlıq etməyi də unutmur.
Peplə “Siti”nin sıravi əməkdaşları arasındakı isti münasibətlərin əsası lap əvvəldən qoyulub. Baş məşqçi 2016-da klubun qapısından içəri ayaq qoyanda hazırlıq səviyyəsi ilə hər kəsi təəccübləndirmişdi: o, burda çalışanların əksərinin nəinki adını, hətta ləqəbini də bilirdi! Bir dəfə resepşndə çalışan xanım işçinin doğum günündə barda görünmüş, hətta hər kəsi onun şərəfinə mahnı oxumağa çağırmışdı. “Siti”də ilk titulu qazanandan sonra isə 82 əməkdaşın hamısını bir araya gətirərək minnətdarlıq çıxışı etmiş və kollektiv şəkil çəkdirmişdi. Onda Qvardiola belə demişdi: “Burda yığışan adamlar hörməti haqq edir. Yaxşı adamlar, yəni siz olmadan bu uğurlara nail ola bilməzdik. Paltardəyişmə otağı, ruh, dostluq baxımından unikal mühit yaradırsız. Mənim bu mövsüm hiss etdiklərim qeyri-adi şey idi. Bütün bunların həyatımın son gününə qədər qəlbimdə qalacağına əminəm”.

Qvardiolanın sərəncamında nəhəng texniki personal var: ən müxtəlif sahələr üzrə mütəxəssislərin olduğu təhlil bölməsi, həmçinin fizioterapevtlər, dietoloqlar, idman psixoloqu. Və çalışdırıcı hər birinin ünvanına tərif söyləməkdən çəkinmir. Məsələn, bu mövsüm Holannın sağlıq durumuna həssas münasibətə görə tibb korpusuna təşəkkür edib: “Hər kəs vacibdi, lakin mən həmişə demişəm ki, səhnəarxası personalda ən vacib bölmə fizioterapevtlərdi. Onlar futbolçuların ayağının qayğısına qalır. Erlinq ötən mövsüm “Borussiya”da zədəli-zədəli çox mübarizə aparmış və bura əməliyyatsonrası kiçik problemlərlə gəlmişdi. O, birda fizioterapevt Mario Pafundi və başqaları ilə çalışmağa başladı, onların – və əlbəttə, əmək etikasının da! – sayəsində indi müntəzəm oynaya bilir. Ötən mövsüm bu mümkünsüz idi. Futbolçular çox oynaya bilirsə, fizioterapevtlərə təşəkkür etmək lazımdı. Mario müstəsna mütəxəssisdi”.

Fiziki hazırlıq üzrə məşqçi Lorentso Beunaventura da bossdan yüksək qiymət alıb: “O, usta, dahi, qeyri-adi adamdı. “Barselona”dakı ilk mövsümümdən bəri birlikdə çalışırıq. Onun köməyi olmasaydı, heç bir hədəfə çata bilməzdim. Onun məsləhəti olmadan, komanda, məşqlərin intensivliyini dəyişmək, zədəsonrası bərpa dövrü ilə bağlı bilgisini öyrənmədən nələr edə biləcəyimi təsəvvürə gətirmək çətindi. Lorentso qeyri-adi dərəcədə istedadlı mütəxəssisdi. Bütün bu illər ərzində sabit formanı qorumaq baxımından bizə çox yardım edib”.

Qvardiolanın personala münasibəti ilə bağlı daha bir çıxışı var. 2021-ci ildə az qala hər köməkçisinin adını çəkib: “Karyeram boyunca – “Barselona B”dən başlamış indiyə qədər qeyri-adi dərəcədə bəxtim gətirib. Ətrafımda inanılmaz personal var. Həm “Barsa”da, həm də “Bavariya”da bütün köməkçilər – Rodolfo Borrel, Xuanma Lilyo, Karlos Visens və burda qarşılaşdığım ingiltərəlilər mənə çox yardım edib. İdman analitikləri, elm adamları – minnətdar olduğum adamların hamısının adını çəkmək üçün yarım saat burda dayanmalıyam. Onlar mənə çox lazımdı, həmçinin ötənlərdə mənə yardım edən adamlara da təşəkkür borcum var. Domenek Torrent burdakı ilk mövsümlərdə mənə çox lazım idi. Ardından müstəqil karyera qurmağa qərar verdi və Nyu-Yorkda işinin öhdəsindən gəldi. Mikel Arteta çox vacib idi, indi də İngiltərənin ən yaxşı komandalarından birini çalışdırır. Bacardığım hər şeyi onlara verirəm. Köməkçilərim isə yaxşı, çox yaxşı işlər görür”.

Əslində bu yazıdan çıxan bir qənaət var: futbol oyunları təkcə yaşıl meydanda qazanılmır. Uğur, xüsusən də dünyaya səs salan uğur qazanmaq istəyən kollektivdə hər şey saat mexanizmi kimi düzgün çalışmalı, personal arasında qarşılıqlı səmimi münasibətlər, sinxron anlaşma hökm sürməlidi. Qvardiolanın uğur formulu da məhz bu prinsipə əsaslanır. Böyük uğurlar qazanandan sonra isə pul da paylamaq olar, rəqs etmək, şənlənmək də!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 21:0

“Mançester Siti”də rekord qazanc

Dünya futbolu

28-08-2022, 14:0

Qvardiola qış transfer pəncərəsi üçün büdcəni açıqladı

Dünya futbolu

10-07-2022, 20:0

Sterlinq premyer-liqada 3-cü yerə yüksələcək

Dünya futbolu

1-05-2022, 16:0

Qvardiola MS-ni ÇL-də qələbəyə daşıyacağı halda belə...

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 264
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 204
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə