Qvardiola MS-ni ÇL-də qələbəyə daşıyacağı halda belə...

1.05.2022 16:19 546
Dünya futbolu
Xosep Qvardiola tezliklə “Mançester Siti” ilə yeni müqavilə imzalayacaq.

Bunu İngiltərə mənbələri iddia edir. Yayılan xəbərə görə, 51 yaşlı mütəxəssis müqavilənin müddətinin 2025-ci ilin iyununa qədər uzadılması ilə bağlı rəhbərliklə razılığa gəlib. Qvardiolanın MS ilə hazırkı anlaşmasının vaxtı 2023-cü ilin yayında başa çatır. Deyilənə görə, o, MS-ni bu mövsüm Çempionlar Liqasında qələbəyə daşıyacağı halda belə komandadakı uğurlarla zəngin olan missiyasını başa vurmağı düşünmür.

İspaniyalı məşçi komandanı 2016-cı ildən çalışdırır. “Siti” hazırda premyer-liqada “Liverpul”u 1 xala qabaqlamaqla liderdi.