• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruslara kömək əlinin uzadılması - KÖŞƏ

Manşet / Yazarlar

12-06-2023, 14:0

Bir müddət əvvəl “Neftçi”nin Rusiyada keçiriləcək turnirə qatılacağı ilə bağlı xəbər yayılmışdı.

Rusiya çempionu “Zenit”in baş direktoru Aleksandr Medvedevin adından yayılan məlumatlarda bildirilirdi ki, iyulda Sankt-Peterburqda “Fənərbaxça”, “Srvena Zvezda” və “Neftçi”nin iştirakıyla turnir keçiriləcək. Klub prezidentinin sözlərinə inansaq, dəvət göndərilən komandaların hər biri turnirdə iştiraka razılıq verib, “Zenit”lə oynamağa ikiəlli razıdı.

Məlum məsələdi ki, çempion olan, lakin Çempionlar Liqasında iştirak edə bilməyən “Zenit” bu üsulla futbolçularının başını qatır, azarkeşlərinin könlünü alır. Ramiz Rövşənin məşhur şeirlərindən birində deyildiyi kimi: “Özümə bir vətən düzəldim gərək...” İndi də ruslar özlərinə kiçik bir Çempionlar Liqası düzəltməyə çalışır.

“Neftçi”nin başı indi öz dərdinə qarışıb. Ona görə də dəqiq bilmirik ki, “ağ-qaralar” Sankt-Peterburqda keçiriləcək turnirə qatılmaq üçün səfərə çıxacaq, ya yox. Amma bu söz-söhbət yayılanda klubun mövqeyindən belə başa düşülürdü ki, “Neftçi” rəsmiləri rusların təklifinə müsbət yanaşır, məlum turnirə qatılmağa həvəsləri var. Bəli, beynəlxalq səviyyəli turnirdə iştirak etmək, “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” səviyyəsində rəqiblərlə gücünü sınamaq heç də pis olmazdı.

Di gəl ki, biz rusların bu turniri “Neftçi”yə olan sevgisindən düzənlənmədiyini yaxşı bilirik. Heç iştirakçıların seçimi də təsadüfi deyil. Dünyanın indiki vaxtında adlı-sanlı klublardan “Fənərbaxça” ilə “Srvena Zvezda”dan başqa hansı rusların səsinə səs verib, onlarla eyni turnirdə iştirak etməyə razı olar?

Əlbəttə, heç bir klub bütün Avropanın işğalçı gözüylə baxdığı, Ukraynada minlərlə günahsız insanın ölümündə, doğma yurd-yuvasından didərgin düşməsində günahkar bildiyi rusların əlini sıxmaq istəməz.

Bir ildən çoxdu ki, bütün dünya Ukraynada başverənləri böyük təəssüf və dəhşət hissi ilə izləyir. Ruslar özlərini heç nə olmamış kimi aparsa da, küncə sıxıldıqlarının, sivil dünyadan təcrid olunduqlarının fərqindədilər. UEFA Rusiya millisini və klublarını qitəmiqyaslı turnirlərdən heç də öz xoşuyla, kefindən uzaqlaşdırmayıb.

Bununla UEFA-nın maddi baxımdan itkiyə məruz qaldığı məlumdu. Çünki Rusiya boyda ölkədə avrokubok oyununun, yaxud da UEFA bayrağı altında milli səviyyəli qarşılaşmanın keçirilməsi yetərincə yaxşı maddi qazanc vəd edir. Amma indi hər kəs əlindən gələn vasitəylə ruslara təzyiq etməyə, onları işğalçılıq siyasətindən çəkindirməyə çalışır. Elə bu səbəbdən də Rusiya futbolu da sərt sanksiyalarla üzbəüz qalıb, siyasətçilərin əməllərinin cəzasını çəkir.

Şimal qonşumuzun idmanının necə ağır böhrandan keçdiyini hiss etmək çətin deyil. Özü də söhbət təkcə futboldan getmir. Bu yaxınlarda sosial şəbəkələrdə bir paylaşım qarşıma çıxdı.

Biz uşaq vaxtı “dava-dava” oynayada “ağlar”a və “qaralar”a bölünürdük. İndi rusiyalı idmançılar rəqib tapmadıqlarına görə bu cür bölünür, öz aralarında oynamaqla formada qalmağa çalışır. Rusiyanın 20 yaşadək hokkeyçilərdən ibarət komandası da belə edib.

“Qırmızlar”la “ağlar”ın qarşılaşmasından birincilər qalib çıxmışdı, hesab da 7:1 olmuşdu. Rusiyanın tanınmış idman səhifələrindən biri də bunu bəh-bəhlə paylaşmışdı. Rusiyanın Həndbol Federasiyası hokkeyçilərdən geri qalmayıb, maraqlı çıxış yolu fikirləşib. Belə ki, RHF rəsmiləri Belarusdan olan həmkarları ilə razılığa gəlib və bu iki ölkənin həndbol klubları “SEHA Qazprom Liqası” adlı turnir düzənləyəcək.

Belarus həndbolçular rusları darıxmağa qoymayacaq, bundan sonra həmin turnirdə rəqib rolunu oynayacaq. Güman ki, ruslar da beynəlxalq yarış gözü ilə baxdıqları bu turnirdə qazandıqları böyükhesablı qələbələrdən feyziyab olacaq, özünü dünyanın ən güclüsü sayacaq.

Göründüyü kimi, Rusiya idmanı böyük böhran keçirir. Bu böhrandan çıxmaq üçün yeganə çıxış yolu sivil dünyanın səsinə səs verib, Ukrayna torpaqlarında aparılan müharibəyə son qoymaqdı. Bundan sonra sanksiyalar da başa çatacaq, ruslar əvvəlki kimi beynəlxalq turnirlərə qatılacaq, səviyyəli yarışlarda özlərini göstərmək imkanı qazanacaqlar.

Nə qədər ki, bu sanksiyalar bitməyib, rusiyalı idmançılar özünü küncə sıxılmış, dünyadan təcrid edilmiş vəziyyətdə hiss edəcək. Rusların keçirdiyi hansısa turnirə qatılmaq da onlarla həmfikir olmaq, əl uzatmaqdı. Ümid edirəm ki, “Neftçi” rəhbərliyi hər şeyi fikirləşəcək, bu tamaşada yer almaq fikrindən daşınacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-05-2023, 12:0

"Neftçi" Rusiya, Türkiyə və Serbiya nəhəngləri ilə qarşılaşa bilər - AÇIQLAMA

Dünya futbolu

30-04-2022, 23:0

"Zenit" yenə Rusiya çempionu oldu

Dünya futbolu

7-05-2023, 21:0

“Zenit” Rusiya çempionu oldu

Aktual / Manşet

27-07-2022, 14:0

Tanınmış menecer Azərbaycan klublarının Dzyubanı transfer etməyə pulu olmadığını düşünür

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
Daha çox
Oxunub: 414
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 192
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə