Futbol meneceri Dmitri Selyuk Rusiya millisinin hücumçusu Artyom Dzyuba barədə danışıb.
Football-plus.az xəbər verir ki, agent yerli mətbuata müsahibəsində bildirib ki, Sankt-Peterburqdan ayrıldıqdan sonra adı “Fənərbaxça”, “Srvena Zvezda”, “Soçi”, “Neftçi” və “Qarabağ”la birgə hallanan 34 yaşlı forvardın Azərbaycana köçəcəyinə inanmır:
“Mən Dzyubanın meneceri olsaydım, o, “Zenit”i tərk etməzdi. 30 yaşdan sonra Avropanın böyük ölkələrinə getmək çətindir Onun Azərbaycana yollanması da inandırıcı görünmür. Çünki orda və yaxın ölkələrdə belə pul yoxdu. Dzyuba ilə maraqlanan “Soçi” həmişə “Zenit”dən ayrılan futbolçulara kömək edir. Digər yerli klublardan Moskva “Lokomotiv”inə keçməsinə də inanmıram”.
Qeyd edək ki, Artyom Dzyubanın bir neçə gün əvvəl Bakıda səfərdə olduğu bildirilirdi.