• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahirin “Konyaspor” macərası: 12 matç, 621 dəqiqə, 2 qol - YAZI

Manşet / Yazarlar

12-06-2023, 10:0

Fevralın 14-də “Konyaspor” Mahir Emrelini Zaqreb “Dinamo”sundan mövsümün sonuna qədər icarəyə götürdü. Üstəlik Türkiyə klubu müqavilə müddəti 2026-cı ilin yayına qədər olan futbolçunu birdəfəlik transfer etmək hüququna da malik idi. Lakin bu hələ ki baş verməyib.

Mahir iki gün öncə rəsmi hesabında “hər şey üçün təşəkkürlər, “Konyaspor” sözlərini yazaraq klubla vidalaşdı. 4 aya yaxın superliqa təmsilçisinin heyətində olan həmyerlimiz nə ilə yadda qaldı? Gəlin, statistikaya nəzər yetirək.

“Konyspor” hücumçunun transferindən öncə keçirdiyi son 4 oyunda xalsız qalmış, bunların 3-də qol da vura bilməmişdi. Azərbaycanın adlı-sanlı futbolçusunu heyətə qatmaqla vəziyyətdən çıxış yolu tapdıqlarını düşünürdülər. Mətbuatda yayılan xəbərlərdə “Konyaspor”un ən çox ümid bəslədiyi futbolçu” kimi adından bəhs olunan Mahirin fotoları manşetləri bəzəyirdi.

Oynamaq üçün darıxdığını və mübarizəyə hazır olduğunu deyən futbolçu "Afyonspor"la yoldaşlıq matçına (5:0) start heyətində başlasa da, 2-ci hissədə əvəzləndi. Martın 5-də isə rəsmi debütü reallaşdı. Evdə "Girəsunspor"a qarşı keçirilən superliqanın 24-cü turunun oyununda (0:0) əsas heyətdə meydana çıxsa da, 56-cı dəqiqədə Robert Muriçlə əvəzləndi. 26-cı turda “Qalatasaray”a (2:1) qarşı start heyətində müarizə aparan futbolçu 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandı və 79-cu dəqiqədə yerini Oğulcan Ulquna verdi. Mahir sözügedən oyunda zədələndiyi üçün məşqlərə martın sonlarında başladı. 27-cı turda “Umraniyəspor”la oyuna (2:2) da ilk “11-lik”də başlayan futbolçu 67-ci dəqiqədə yerini Bruno Paza verdi. Onun “Konyaspor”da 4-cü dəfə meydana çıxması “Antalyaspor”la oyuna (1:1) təsadüf etdi. Bu dəfə 66-cı dəqiqəyə qədər ehtiyat oyunçular skamyasında şansını gözlədi. Forvard 30-cu turun “Adana Dəmirspor”la matçında (1:2) 41-ci dəqiqədə ilk qolunu vursa da, 60-cı dəqiqədə Muriçlə əvəzləndi. “Kasımpaşa” (2:1) ilə növbəti oyuna isə 39-cu dəqiqədə Muriçi əvəzləməklə qoşuldu. Mahir “Trabzonspor”la matçın (2:1) da iştirakçısı oldu - 46-cı dəqiqədə Konrad Miçalakın əvəzinə meydana çıxdı və sonadək oynadı. Hətta 71-ci dəqiqədə sarı vərəqə də aldı. 33-cü turun “Kayserispor”la oyunu da milli üzvü üçün əlamətdar olmadı. Start heyətində 56 dəqiqə “döyüşən” Mahir yenə əvəzləndi. O, konyalıların səfərdə "Alanyaspor"la (3:0) qarşılaşmasında start heyətində yer aldı və ilk dəfə doğma mövqeyində - hücumun mərkəzində çıxış etsə də, 6 balla komandanın ən zəif oyunçusu oldu. 63-cü dəqiqədə Diufla əvəzləndi. 36-cı turda “Konyaspor” səfərdə “Sivasspor”la (0:1) qarşılaşdı. Start heyətində meydana çıxan Mahir 46-cı dəqiqədə əvəzləndi. Komandası 37-ci turda "Fatih Karagümrük"ü qəbul etdi ki, milli üzvü bu dəfə 63-cü dəqiqədə meydana çıxdı. Nəhayət, superliqanın son turunda, “Beşiktaş”la matçda (3:3) 46-cı dəqiqədə meydanda göründü. 1 dəqiqə sonra başla komandasının 2-ci, yəni bərabərlik qolunu vurdu.

Bir sözlə, Mahir Türkiyə superliqasında 12 matçda çıxış etdi. Ümumilikdə 621 dəqiqə top qovan hücumçu cəmi 2 qolla yadda qaldı, məhsuldar ötürmə müəllifi olmadı.

“Konyaspor”un yeni mövsüm üçün transfer siyahısında adının olub-olmadığı dəqiq deyil. Yalnız baş məşqçi Aleksandar Stanoyeviçin rəhbərliyə təqdim edəcəyi hesabatdan sonra bu məsələyə aydınlıq gələcək. Rəqəmlərə inansaq, hücumçunun Türkiyə macərası, sadəcə, özü üçün faydalı olub.

“Konyaspor”un bəzi hallarda Mahirdən razılıq etdiyini eşitsək də, istədiyini ala bilmədiyi bəllidi. Bəs futbolçu özü necə düşünür? Onun “Anadolu bu gün” nəşrinə mövsümü dəyərləndirərkən dediklərini dinləyək:

“Türkiyədə olmaq çox qürurverici, gözəl hisslər, öz adıma yaxşı bir sınaq idi. Mədəniyyət və dil baxımından sıxıntı yaşamadım. Çətin dönəmdə komandaya gəldim. O ərəfədə böyük zəlzələ fəlakəti yaşanmışdı. Sadəcə, ilk dönəmdə uyğunlaşma problemim oldu. Bunu statistikadan da görə bilərsiz. Matçların bəlkə də çoxunu pis keçirmədim. Amma statistika baxımından üzücü bir mövsüm oldu - həm "Dinamo"da , həm də "Konyaspor"da. Bu, psixoloji baxımdan da çətindi. İnşallah, belə bir mövsüm mənim üçün sonuncu olar. Çox şükür ki, komanda kimi qənaətbəxş nəticələr qazandıq. Məni ayağa qaldıran ab-hava idi. Belə ab-havada futbolçular daha çox oynamaq istəyir".


Qeyd edək ki, “Konyaspor”la vidalaşan Mahir müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıtmalıdı. Hələlik isə Bakıdadı. Mahirlə “Qarabağ”da komanda yoldaşı olmuş Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında onun şəklini paylaşaraq zarafatla “bomj gəldi” yazıb.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Maraqlı

14-02-2023, 13:0

Mahiri “Konyaspor”a kim məsləhət görüb? - AÇIQLAMA

Manşet

22-04-2023, 11:0

Mahir Emreli Polşa klubunun hədəfindədi

Dünya futbolu

30-05-2023, 13:0

Mahirin komandası Sivas səfərində

Ölkə futbolu / Dünya futbolu / Manşet

17-03-2023, 23:0

Mahirin komandası “Qalatasaray”ı məğlub etdi

Dünya futbolu

28-02-2023, 17:0

Mahir Əmrəli Sərgən Yalçının başçılığı altında oynayacaq?

Ölkə futbolu / Manşet

12-04-2023, 13:0

Mahir Emreli “Konyaspor”da da etimadı doğrultmur

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə