"Neftçi" Rusiya, Türkiyə və Serbiya nəhəngləri ilə qarşılaşa bilər - AÇIQLAMA

21.05.2023 12:56 341
Premyer-liqa / Manşet
“Neftçi” yayda Sankt-Peterburqda keçiriləcək turnirdə iştirak edə bilər.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı Rusiyanın “Sport-Ekspress” nəşri yayıb.

Yarışa “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda”nın qatılması rəsmiləşib. “Ağ-qaralar” yarışda Moskva “Dinamo”sunu əvəzləyə bilər. “Dinamo”nun baş məşqçisi istefaya göndərildiyindən komandanın hazırlıq planında dəyişiklik edilib.

Məsələ ilə bağlı flaqmanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə müraciət etdik:

"Bəli, belə bir məsələ var. Düzdü, hələ rəsmi təklif gəlməyib. "Zenit" rəsmiləri bizə şifahi məlumat verib. Amma bizim həmin turnirdə iştirak edəcəyimiz dəqiqləşməyib".


İLKİN SULTANLI