• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ferrari” kimi olmasa da, “Jiquli” kimi inkişaf gedir” - MÜSAHİBƏ

Manşet / Müsahibə

12-06-2023, 12:0

Millinin, klubların beynəlxalq aləmdə hər uğursuzluğundan sonra bəzi mütəxəssislər biabırçılığı ört-basdır etmək üçün uşaq futbolunda yaşanan problemləri qabardır, futbolun bərbad durumda olmasını aşağı yaş qruplarında işlərin düzgün qurulmaması ilə əlaqələndirir.

30 ildi eyni notlar üzərində yazılan nəğmələri eşitsək də, çox maraqlıdı ki, problemi uşaqların üstünə atan “professorlar” vəziyyətdən çıxış yolunu göstərmir. Bəs problem nədədi, onu necə aradan qaldırmaq olar?

"Football-plus.az" olaraq bu və bizi marqlandıran başqa suallara cavab tapmaq üçün “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalla söhbətləşdik.

- Hakan bəy, son vaxtlar uşaq futbolunda yaşanan problemlər barədə çox danışılır. 4 ildi Azərbaycandasız, doğrudanmı bizdə uşaq futbolunun durumu bərbaddı?
- Bəli, artıq 4 ildən çoxdu Azərbaycandayam və çox maraqlıdı ki, eyni sözləri eşidirəm. Çoxları “uşaq futbolu bərbaddı, uşaq futbolu inkişaf etmir” deyir. Başa düşürəm, ancaq inkişaf sözdə olmur. İnsanlar danışırsa, danışdığını da həyata keçirməlidi. Təəssüf ki, bunu görmürəm.

Öz adımızdan danışım. Mən bilirəm ki, “Sumqayıt”ın akademiyasında inkişaf var. İldən-ilə yaxşılaşan nəticələr belə düşünməyə əsas verir. Ümumi Azərbaycana baxdıqda istedadlı uşaqların olduğunu deyə bilərəm. Məncə, düzgün istiqamət lazımdı. Belə olarsa, daha çox irəli getmək mümkündü. Biz uşaqlarla yanaşı, məşqçiləri də yetişdiririk ki, sabah işində hansısa axsama olmasın.

Uşaq futbolu hamının danışdığı, müzakirə etdiyi mövzudu. Çox danışılır, ancaq ortada heç nə yoxdu. Bu işə bir nöqtədən başlamaq lazımdı. Biz akademiya olaraq, danışmaqdan çox işimizə diqqət yetiririk.

- Akademiya rəhbəri kimi Azərbaycanın bir çox bölgələrinə səfər etmisiz. Fərqli futbol məktəblərində, akademiyalarda görülən işlərlə tanışlıq imkanınız olub. Nəyi bəyənmisiz, nə xoşunuza gəlməyib?
- İlk növbədə bizim regiona daxil olan şimal zonasının rayonları barədə məlumat verim. Yeri gəlmişkən, “Sumqayıt” akademiyası olaraq, gələcəkdə orda iş qurmaq istəyirik. Şimal zonasına çox az diqqət ayrılır.

Əsas problem meydanlarla bağlıdı. 4-5 rayonu əhatə edən şimalda bir əlin barmaqları qədər meydan yoxdu. Qubada az qala iki ildi Olimpiya Kompleksi yenidən təmir olunub. Super stadionu var. Lakin heç kim yararlana bilmir. Uşaqlar bərbad vəziyyətdə olan meydanlarda məşq edir. Təbii ki, burda inkişafdan sözbət gedə bilməz. Ordakı insanlar inkişaf istəyir, ancaq diqqət yoxdu. Rayonlarda çatışmazlıqlar saymaqla qutarmır.

İnşallah, növbəti mövsümdə “Sumqayıt” klubu olaraq, şimalda məktəblər qurmaq niyyətindəyik. Strukturlu şəkildə uşaqların yetişməsinə yardımçı olacağıq. O biri rayonlara gəlincə, Lənkərana getmişəm. Onların super şəraiti var. Təəssüf ki, baxımsızlıq səbəbindən onların da meydanı çöküb. Ümumiyyətlə, rayonlara diqqət artırılmalıdı.

Fikrimcə, Tovuz və Gəncədə gedən işlər eyni şəkildə bütün ölkəni əhatə etməlidi. Fikrimcə, hər rayonda akademiya olmasa da, gəncləri yetişdirmək üçün mərkəz yaradılmalıdı. Uşaqlar proqramla məşq etməli, məşqçilər işlərinə ciddi yanaşmalıdı. Premyer-liqa klublarından “Sabah” əla iş qurub. Əla iş deyəndə nəyi nəzərdə tuturam? Akademiya bazaları olmasa da, skaut sistemi çox yaxşı işlədiyindən rayonlarla əlaqələri genişdi. Respublikanın dörd bir yanından istedadlı, perspektivli uşaqları kluba cəlb edirlər.

“Neftçi”yə yeni türk qardaşımız gəlib. Onunla tanış olmuşam. Orda görülən işlərdən xəbərdaram. Gözəl, gələcəyə hesablanan geniş planları var. “Qəbələ” akademiyasında isə eniş yaşanır. 2007-ci il doğumlulardan sonra gələn qruplar zəifdi. “Zirə”, “Şamaxı”, təəssüf ki, hətta “Qarabağ” akademiyasına istənilən, lazımi səviyyədə diqqət yetirmir. İnşallah, gələcəkdə adını çəkdiyim klublar da akademiyanın dəyərini başa düşərlər. AFFA da artıq akademiyaların qarşısına şərtlər qoymağa başlayıb. Bu yaxşı bir şeydi. Artıq hamı bu şərtləri yerinə yetirməyə çalışacaq.

Hazırda Azərbaycanda uşaq futbolu körpə vəziyyətindədi. Açıq deyirəm, belə davam edərsə, tələblər aşağı düşməzsə, 5-10 ildə yüksək yerlərə çatmaq olar. Çempionatın səviyyəsi yüksələcək, komanda sayı artacaq. Biz dünən akademiyada 2009/10 təvəllüdlü uşaqların seleksiyasını keçirdik. 1000 uşaq akademiyaya düşmək arzusu ilə seçimlərə qatılmışdı. Özüm də şokda idim. Bu da ondan xəbər verir ki, Azərbaycanda futbola maraq çox böyükdü. Çatışmayan komandaların sayının az olmasdı.

- Aşağı yaş qruplarında normal, istedadlı uşaqların olduğunu söylədiz. Belədisə, niyə bizim fərqli yaş qrupu üzrə yığmalarımız heç bir böyük turnirin final mərhələsinə qatıla bilmir?
- Buna da təcrübə lazımdı. Rəhbərlik etdiyim akademiyanın aşağı yaş qrupları bu ildən etibarən xaricə turnirlərə getməyə başlayıb. Ancaq bu o demək deyil ki, oralara yollanmaqla qatıldığımız turnirlərdə birinci olacağıq. Sadəcə, uşaqlar turnir sisteminə, xaricdə oynamağa, fərqli ölkələrin futbol mədəniyyətinə alışırlar.

Bugünlərdə “Ayantraxt”da çalışan dostum bir həftə qonağım oldu. Məşqləri izlədi, bəzi çempionat oyunlarına baxdı. Bilirsiz, mənə nə dedi? Uşaqlarımızın fiziki cəhətdən çox zəif olduğunu söylədi. Və bu mövzuda da haqlıdı. 12 yaşdan sonra uşaqlarımızın fiziki cəhətdən inkişafdan geri qalmasının səbəbi komandalarda atletika üzrə məşqçilərin olmamasıdı.

Məşqçinin işi futbolçu yetişdirməkdi. Atletika ilə məşğul olan mütəxəssis olmadığından uşaqlar Avropaya yollandıqda həmyaşıdlarıyla ayaqlaşa bilmir. Ən böyük sıxıntıların biri də budu. Avropada hər yaş qrupunun atletika məşqçisi var. 14-15 yaş elə dövrdü ki, orqanizm böyüyür, uşaqlıqdan yeniyetməliyə keçir. Bu zaman atletika məşqçisi onlarla məşğul olmlıdı ki, ən azı gövdə ilə oynamağı bacarsın. Bəlkə də ilk baxışdan kənardan adi bir element kimi görünə bilər. Amma çox vacib, böyük futbolda lazım olan nüansdı. Yəqin fikir vermisiz, dünya futbolunda gövdəni necə işlədirlər. Bizdə uşaqlara bunu başa salan yoxdu.

Düzgün yüklənmə, qidalanma da uşaq futbolunda vacib şərtdi. Bunu düzgün etməyəndə uşaq cılız qalacaq, inkişafdan dayanacaq. Bizim akademiyada cəmi bir fiziki hazırlıq üzrə məşqçi var. Təbii ki, bu yetərli deyil. Bir nəfər də olsa, az-çox faydasını görərik. Hər komandamız həftədə 2-3 dəfə fitnes məşqlərinə qatılır. Azərbaycanda uşaq futbolunda, adətən, hər komandada bir məşqçi var, maksimum bir köməkçisi də olur. Qapıçı məşqçisi olanda da deyirlər ki, hansısa yaş qrupunun məşqçilər korpusu var.

Avropada, çalışdığım Almaniyada bir komanda ilə çalışan məşqçilər korpusu 8 nəfərdən ibarətdi. Yəni bir oyunçunun inkişafına 8 fərqli insan məsuliyyət daşıyır. Fərdi məşqçidən tutmuş, video-analitikə kimi hamı bir uşağın yeni mərhələyə yüksəlməsi üçün tər tökür. Biz nə vaxt komandanın məşqçilər korpusunu, heş olmasa, 4-5 nəfərə çatdıra biləriksə, onda nəyəsə ümid bağlamaq olar. Bir var uşağa 2, 4 göz baxsın, bir də var 10. Heç şübhəsiz, 10 göz daha yaxşı təhlil qabiliyyətinə malikdi.

Azərbaycanda heç bir uşaq komandasında video-analitik yoxdu. Fikrim var ki, yeni mövsümdə bizim akademiyada oyunları çəkən operatorların sayını artırım. Eyni zamanda onlara ümumi komandanın, fərdi video-təhlillərin necə olunduğunu izah edim. Gənc futbolçu hər oyundan, məşqdən sonra özünü görməli, səhvlərini başa düşməlidi. Məşqçi korpusu ona nəyi düz, nəyi səhv etdiyini anlatmalıdı. Bu proses həftədə minimum bir dəfə olmalıdı.

Bizim akademiyada “istedad” proqramı var ki, bunu başqa heç bir akademiyada görməmişəm. İnkişaf belə olur. Gündə saatyarım məşq, həftəsonu bir oyunla Avropa ilə ayaqlaşa bilmərik. İstedadlı oyunçulara özəl yanaşmalısan ki, onlar irəli gedə bilsin.

- Adətən, bizim uşaqların düşüncədə, gec qərar verməkdə çətinlik çəkdiyini deyirlər. Taktiki cəhətdən də Avropadakı həmyaşıdlarından geri qalırlar. Siz necə düşünürsüz?
- Bilirsiz, niyə taktiki cəhətdən geri qalırlar? Çünki fəlsəfə yoxdu. Hər bir komandanın, akademiyanın fəlsəfəsi olmalıdı. Hər kəs eyni istiqamətdə, bir fəlsəfənin tezisləri üzərində çalışmalıdı. Bu da böyük problemdi. Razıyam, hər məşqçi nəsə bilir. Ancaq uğur qazanmaq üçün hamı bir gəmiyə minib, eyni səmtdə üzməlidi ki, bir nöqtəyə çata bilək.

Futbolda hər element bir-biri ilə zəncirvari bağlıdı. Taktiki cəhətdən geri qalmağımızın səbəbi də video-təhlillərin olmamasıdı. Futbolçuda taktiki savadı artırmaq üçün məşqçilərin savadını artırmaq, fəlsəfəni qurmaq, üstəlik fərdi şəkildə gənc futbolçuya anlatmaq lazımdı. Bir var meydanda, bir də var videoda göstərəsən. Nəyi necə etməli olduğunu, hansı vaxtda hansı mövqeyə çıxmalı olduğunu ekranda başa salmaq daha effektlidi. Avropda buna çox vaxt ayırırlar. Məhz buna görə də avropalılar bu yöndə daha irəli gedir.

Bizdə necədi? Operator oyunu çəkib videonu məşqçiyə təqdim edir. O da ümumi komandanın oyununu təhlil edir. Belədə ayrı-ayrı futbolçuların səhvləri gözdən qaçır. Bu da sonda gəncin taktiki cəhətdən inkişafının qarşısını alır. Məşqçilər korpusu geniş olmalıdı ki, hər gənclə fərdi şəkildə işləmək mümkün olsun. Sonda onu deyə bilərəm ki, Azərbaycanda futbol inkişaf edir.

“Uşaq futbolu yerində sayır” deyənlər 10 il əvvəlki durumla indini müqayisə etsinlər. Çox böyük addımlar atılmasa da, irəliləyiş var. “Ferrari” kimi olmasa da, “Jiquli” kimi inkişaf gedir. “Ferrari” olmaq üçün bir qədər də yatırım etmək və bilgi sahibi olmaq lazımdı. Bu məsələdə klub prezidentlərinin də üzərinə çox böyük iş düşür. Açıq deyirəm, Riad Rəfiyev klubun uşaq futbolunun inkişafı üçün hər cür şərait yaradıb. Əsas komandanın məşqçiləri də bu sahəyə diqqət yetirir.

Samir Abasov U-14-dən tutmuş, U-19-a qədər bütün komandaların ev oyunlarını stadionda canlı izləməyə çalışır. Tək onu yox, köməkçilərini də oyunlarda görmək mümkündü. Bu həm də gənclərə bir stimuldu ki, əsas komandanın məşqçisi, klub prezidenti onun oyununu canlı izləyir.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-01-2023, 19:0

"Uşaq futbolu arzuolunan durumda deyil"

Ölkə futbolu / Dünya futbolu / Manşet

14-05-2023, 12:0

Cenk Tosunun atasını Sumqayıtda nə təəccübləndirib?

Ölkə futbolu

6-06-2022, 12:0

Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi ilə görüşüb

Ölkə futbolu / Manşet

21-04-2022, 17:0

"Azərbaycan futbolunda böyük problemlər var" - Vəli Qasımov

Ölkə futbolu / Manşet / Müsahibə

23-11-2022, 19:0

“Neftçi” uşaq futbolunda “bir nömrə” olmaq istəyir

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə