Nəriman yenə şans qazanmadı

23.04.2026 10:31 51
Dünya futbolu
Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ohayo təmsilçisi 9-cu turda “Los Anceles Qalaksi”ni qəbul edib. Matç “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 2:1.

Nəriman bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 9 xalla 9-cu sıradadı.