• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi “Barsa” üçün havayı oynamağa hazır idi

Dünya futbolu / Yazarlar

9-06-2023, 13:0

Lionel Messinin adı ətrafında yaşananlar artıq gerçək bir “sabun operası”na dönüb. “Futbol+” oxucusuna zaman-zaman bu mövzuda yazılar və xəbərlər təqdim etmişik. Sadəcə, son günlərdə nəzarətsiz informasiya axını o qədər güclənib ki, həqiqətlə yalanı ayırd etmək çətinləşib. Hər halda, bəzi əsas məqamları gözdən keçirməyə dəyər.

“Barselona” üzrə ixtisaslaşan əsas insayderlərdən biri Jerar Romeroya inansaq, La Liqa kataloniyalıların texniki-maliyyə planını bəyənib. Yaxın vaxtlarda bu xəbərin rəsmi şəkildə açıqlanması gözlənilir. Bəyənmə o deməkdi ki, indi “Barsa” yenilənmiş müqavilələri (Arauxo ilə Qavinin) qeydiyyatdan keçirə, həmçinin yeniləri transfer edə bilər. Komandanın baş məşqçisi Xavi Ernandesin Messinin bu yay üçün iki əsas hədəfdən biri olduğunu dediyini nəzərə alsaq, güman etmək olar ki, argentinalının transferi birincilər sırasında elan olunacaq. Ancaq son iki gündə gələn xəbərlər bu mənada vəziyyətin heç də yaxşı olmadığını göstərir.

Xanımı niyə dönmək istəyir?

Bildiyiniz kimi, PSJ ilə müqavilə müddətini uzatmayan Messi artıq azad agentdi. Tranfer bazarında onun uğrunda mübarizə aparan üç komanda var: “Barselona”, “İnter Mayami” və “Əl-Hilal”. Leonu Barselonaya dönməyə fəal şəkildə səsləyənlərdən biri də xanımı Antonella Rakutsodu. Messinin fanatları güman edirdilər ki, xanım ailəsi ilə birgə bir neçə il yaşadığı şəhər üçün darıxır. Əslində məsələ fərqli imiş. Messinin oğullarından biri ailə Parisdə yaşayarkən xəstəlikdən əziyyət çəkib. Bu üzdən Antonella üç uşağın doğulduğu və böyüdüyü şəhərə dönmək istəyir. Klub prezidenti Xuan Laporta ilə Leonun atası və agenti Xordi Messi artıq hücumçunun mümkün dönüşü ilə bağlı danışıq da aparıb. Düzdü, hələ ki ortada kataloniyalıların rəsmi təklifi yoxdu. Laporta Xorxe Messidən ona bir neçə gün vaxt verilməsini istəyib. “Barselona” argentinalını “rənglərinə bağlaya” biləcəyinə əmindi.

Messinin “blauqrana”nın düşərgəsinə dönmək istəyi şübhə doğurmadığından, belə çıxır ki, indi hər şey “Barsa”nın əlindədi.

Bəs kimlər satılacaq?

Yenə həmin Jerar Romeroya inansaq, “Barselona” İlkay Gündoğanla Messini yalnız o halda qeydiyyatdan keçirə bilər ki, əsas heyətin üç oyunçusunu satsın. Klub La Liqa rəhbərliyinə hansı oyunçuları və hansı qiymətə satışa çıxardığını xəbər verdiyindən qurum kataloniyalıların texniki-maliyyə planını bəyənib və təsdiqləyib. Bəs “Barselona”ya təxminən 100 milyon avro qazandıracaq, eləcə də əməkhaqqı cədvəlinin yüngülləşməsinə yardım edəcək həmin üç futbolçu kimdi:

1. Ansu Fati. Yarımmüdafiəçi klubun ən yüksəl ödənişli futbolçuları siyahısında ilk “3-lük”dədi, De Yonqla Levandovskidən sonra qərarlaşıb. Ansu son mövsümdə 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Kataloniyalılar onu satmaq və klubu tərk etməyin vacibliyinə inandırmaq istəyir. Düzdü, komanda bu addımı atmağa məcburdu. Ancaq futbolçunun “Barsa”nın heyətində ən yaxşı mövsümlərdən birini keçirdiyini də unutmamalıyıq. Fati, adətən, ehtiyatda otursa da, rəqəmlər çox şey deyir.
* 51 oyunda meydana çıxıb – “Barselona”dakı karyerası ərzində ən yüksək göstəricidi.
* 1824 dəqiqə oynayıb – bu da “blauqrana”dakı ən yaxşı nəticəsidi.
* 10 qol vurub – daha bir şəxsi rekorddu.
* 4 məhsuldar ötürmə - ən yaxşı nəticənin təkrarı.
* 2 oyunu zədə üzündən buraxıb.
Bütün bu rəqəmlər o deməkdi ki, Ansu hətta əvəzedici statusu ilə də bir neçə şəxsi rekordu yeniləyə bilib.

2. Ferran Torres. “El Nacional” nəşri xəbər verir ki, Xavi ispan futbolçuya hətta klubda qalmağa qərar versə belə, gələn mövsüm oynamayacağını bildirib. Ferran cari mövsümdə “Barsa” forması ilə keçirdiyi 45 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib. Apreldən bəri fərqlənməyib.

3. Frank Kessye. Kot d”İvuardan olan futbolçu kataloniyalıların heyətində keçirdiyi 43 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Frank “Barsa”nın ən yüksək ödənişli futbolçularının “10-luğ”una daxildi, Ter Ştegen və Kristensen qədər pul alır.
Messi “Əl-Hilal”la “İnter Mayami”dən yardım istədi

Yazının bunaqədərki hissəsində yer alan məqamlar srağagünkü bilgiyə əsaslanırdı. Dünən isə hadisələrin axarıyla bağlı yeni xəbərlər yayıldı. Günün ilk yarısında aydın oldu ki, “Barsa”ya dönüş xatirinə hər şeyə hazır olan Leo və atası “Əl-Hilal”la “İnter Mayami”dən bu yolda yardım istəyiblər. Düzünə qalsa, bu iki klubun Leonun dönüşü prosesində iştirakının mexanizmi tam aydın deyil. Sadəcə, belə versiya var ki, Messi “İnter Mayami”yə keçə, ardından “Barselona”ya icarəyə verilə bilər. “Əl-Hilal” Messiyə mövsüm üçün 300 milyon, “İnter Mayami” isə 50 milyon avro ödəməyə hazırdı. Amerika klubu həmçinin Leonu səhmdarlarında biri etmək istəyir.

Bu arada Xuan Laporta Xorxe Messiyə təminat verib ki, Leo dönəcəyi halda “Barsa”nın ən yüksək ödənişli futbolçusu olacaq. Ata Messi isə bu təminatın qarşılığında Leonun “Barsa” üçün hətta pulsuz oynamağa da hazır olduğunu deyib.
“Barselona”da bədinlik artır

Yazının əvvəlində də vurğuladığımız kimi, iyunda 36 yaşını tamamlayacaq ulduzun adı ətrafından müəmma dumanı çəkilmir. Artıq “Barselona”nın düşərgəsində də onun kluba dönüşünün çətin olacağını etiraf edirlər. “Mundo Deportivo” klubdakı qaynaqlara istinadla yazır ki, argentinalını transfer etmək çox çətin olacaq. Baxmayaraq ki, Laporta futbolçunun atasıyla bütün başqa məsələləri razılaşdırıb, La Liqa kataloniyalıların planını bəyənib.

“Barsa”nın düşərgəsində bu mövzuda nikbinliyin hökm sürməməsinin səbəbi var. İş ondadı ki, klub şifahi razılaşmanı sənəd üzərinə köçürmək üçün əvvəlcə La Liqaya göndərdiyi planın şərtlərini yerinə yetirməlidi. Bunun üçün vaxt, həmçinin hər şeyin üst-üstə düşməsi lazımdı. O da istisna olunmur ki, Messi “Barsa”ya keçmək üçün yay “transfer pəncərəsi”nin sonunu gözləməlidi. Leo isə belə addıma hazır deyil, o, karyerasını harda davam etdirəcəyinin mümkün qədər tez müəyyənləşməsini istəyir. Bir sözlə, dünən gün ərzində yayılan xəbərlərdən belə qənaət hasil olur ki, “Barsa” argentinalı uğrunda mübarizədən çıxıb, indi başqalarından asılıdı. Hər halda, hadisələrin inkişaf axarını gözləmələyik.

Qeyd edək ki, Lionel Messi karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirəcək.

P.S: Məqalə Lionel Messinin "İnter Mayami" klubuna transferindən öncə qələmə alınıb.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-06-2023, 18:0

Ərəblər Messini milyarder etmək istəyir

Dünya futbolu

2-10-2022, 17:0

Messi “Barsa”ya dönməyin əleyhinə deyil

Dünya futbolu

19-05-2023, 19:0

Alemani “Barsa”dan niyə ayrılır?

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 256
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 199
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə