• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Poçettino “Çelsi”ni ikinci “Tottenhem”ə çevirəcək?

Dünya futbolu

22-05-2023, 22:0

“Çelsi”ni növbəti mövsümdən Maurisio Poçettino çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, artıq indidən paytaxt komandasının yaxın gələcəkdə necə görünəcəyi maraq doğurur. Cari mövsümü boşa verən “zadəganlar”ın hansı simaya bürünəcəyi, necə oyun sərgiləyəcəyi və nəyə nail olacağı ilə bağlı suallar kifayət qədərdi.

Müqavilə 3 illiyə nəzərdə tutulub
“Çelsi” bu mövsümü baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Frenk Lempardın rəhbərliyi ilə başa vuracaq. Poçettino isə artıq Londondadı. O, yeni iş yerində fəaliyyətə iyun ayından başlayacaq. Argentinalı çalışdırıcı klubla 3 illiyə anlaşıb. Başqa sözlə, səlahiyyət müddəti 2026-cı ilin yayında sona çatacaq. Hələlik onunla razılaşdırılan müqavilənin maliyyə detalları açıqlanmır.

Boeli yaxşı ortabab tapıb
Poçettino 2019-cu ildə “Tottenhem”i tərk edərkən Argentina yığmasından dəvət almamışdı. Halbuki adı milli komandanın “sükanı arxasına” mümkün namizədlər sırasında hallanmışdı. Nəticədə o, Lionel Messi və Anxel Di Mariya ilə birgə Qətərdə ötən ilin son aylarında keçirilən dünya çempionatının qalibi ola bilmədi. 2020-ci il boyunca heç bir komandada görünmədi. Uzun fasilədən sonra isə PSJ-yə təyinat aldı. 14 il əvvəl başlayan məşqçi karyerasında qazandığı ilk titul Fransa superkuboku oldu. Paris klubu onu “Tottenhem”i Çempionlar Liqasının (ÇL) finalına çıxarmasına və vaxtilə (2001-03) PSJ-də top qovmasına görə seçmişdi.

Amma ərəblər bu seçiminə görə heç də məmnun olmadılar. PSJ ÇL-in yarımfinalında “Mançester Siti”yə hər iki matçda uduzdu. Halbuki məşqçi rəqibi yaxşı tanıyırdı, həmkarı Xosep Qvardiolanın iş prinsiplərinə bələd idi. Maraqlıdı ki, MS finalda PSJ-dən istefaya göndərilən Tomas Tuxelin çalışdırdığı “Çelsi”yə məğlub oldu. Poçettino Liqa 1-də də uğursuzluğa düçar oldu: onun komandası çempionluq yarışında hazırda parislilərin başında olan Kristof Qaltyenin “Lill”indən geri qaldı. Futbolu avropalılar kimi dərk etməyən şeyxlərin Poçettino ilə bağladıqları müqavilənin müddəti yalnız bu yay sona çatacaqdı. Aydın məsələdi ki, argentinalı iş yerindən vaxtından əvvəl ayrıldığı üçün ərəblərdən müəyyən məbləğdə təzminat almalı olub.

Komanda bir il əvvəl ÇL-in pley-offunun ilk mərhələsindəcə mübarizəni dayandırdı. Poçettino iki oyunun nəticəsinə əsasən “Real” səddinə ilişdi. Hətta Messi də ona kömək edə bilmədi. Daha doğrusu, “mane oldu” deməliyik. Ona görə ki, argentinalı hücumçu PSJ-nin üstün oyun sərgilədiyi ilk oyunda komandasının qələbəsini təmin edə bilmədi. Bir sözlə, Poçettino “Tottenhem” kimidi. Əvvəlcə zirvəyə çox yaxın oldu, sərəncamında Neymar, Messi və Mbappe kimi futbol sehrbazları olarkən Fransa çempionluğunu ikinci cəhddə qazandı. Amma ÇL-dəki nəticələr onun elit səviyyəli mütəxəssis olmadığını göstərir. Buna baxmayaraq, “Çelsi”nin həmsahibi Todd Boeli məhz Poçettinoya üstünlük verib.

O, “Çelsi”ni ÇL-ə qaytara bilər
Sözsüz ki, “Tottenhem”i ÇL-də sonuncu mərhələyə qədər daşıyan adamı lazımınca dəyərləndirməmək ağılsızlıq olardı. Amma bu da var ki, Poçettino İnfiltərəyə yollanmazdan əvvəl çalışdırdığı “Espanyol” və “Sauthempton”un məşqçisinə xas xarizmaya malikdi. Onda “Real” və “Barselona”nı qabaqlayıb La Liqada çempionluğa daşıdığı “Atletiko”lu həmyerlisi Dieqo Simeoneyə məxsus keyfiyyətlər yoxdu. “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” və “Arsenal” premyer-liqada ÇL-ə vəsqə verən ilk 4 yerə əsas iddialılardı. Yeni mövsümdə “Tottenhem”in gələcək baş məşqçisi çempionatı “Çelsi”dən öndə başa vuracağı halda yaranacaq vəziyyət “zadəganlar” və Poçettino üçün heç də arzulanan olmayacaq.

Amma onu körpünün üzərindən tullanma zamanı sıçrama effekti gözləyəcək. Poçettinonun komandası yeni mövsümü ilk “4-lük”də başa vura bilər. Qeyd edək ki, o, “Çelsi”yə cari mövsümün gedişində gəlmək istəməmişdi. Yəqin ki, yeni iş yerində məğlubiyyətlərlə təzyiq altına düşməkdən çəkinib. Onun imtinasından sonra bütün zərbələri Lempard üzərinə götürdü. “Çelsi” son 11 oyundan 7-də uduzub və yalnız bir dəfə qalib gəlib. Komanda Poçettino ilə 4-3-3, 3-4-3 və 3-5-2 sxemlərindən hər birində daha yaxşı oynaya bilər. Sterlinq, Mudrik, Fernandes, Badyaşil və Ceyms yüksək səviyyəli futbolçulardı. Amma Poçettino həm də “Arsenal”ın neçə il ərzində ÇL-ə vəsiqə qazana bilmədiyini unutmamalıdı. Xosep Qvardiola (MS) ilə Yürgen Kloppun (Liverpul) komandalarının premyer-liqada müəyyən etdikləri inanılmaz xal göstəriciləri ümumi anlayışın mənasını bir qədər dəyişib. Premyer-liqada 1-ci yeri tutmaq çox çətindi, amma istənilən digər yer “Çelsi”nin son bir ildə transferlər üçün düşdüyü xərclərin əvəzini verməyəcək. Bir də ki, Boeli sələfi Roman Abramoviç deyil. O, yalnız klubun sahiblərindən biridi. Ola bilsin bu yay artıq bahalı transferlər edilməyəcək, hərçənd “Çelsi”nin qapıçıya və mərkəz hücumçusuna çox ehtiyacı var. Poçettino Lukakunu “İnter”dən geri qaytara, amma Romelu Londona dönmək istəməyə bilər.

“Çelsi” statusunu itirə bilər
“Liverpul” ÇL-ə vəsiqə qazanmaq üçün həm özü mövsümü ağlagəlməz qələbə seriyası ilə başa vurmalı, həm də “Mançester Yunayted” və “Nyukasl”ın xallar itirməsinə ümid bəsləməlidi. Bu ssenarinin reallaşması komandanın Kloppa inamının və Məhəmməd Salahın yüksək səviyyəli oyununun davam etməsi üçün əhəmiyyətlidi. MS heç də əbədi çempion deyil, amma bu həqiqətdi ki, “şəhərlilər”in qızıl medalları daha bir neçə dəfə qazanması üçün digər iddialılardan çox üstünlükləri var. İngiltərədə ilk mövsümünü keçirən və qol rekordunu yeniləyən Erlinq Holannın mövcudluğunu qeyd etmək kifayətdi. Odu ki, çempionluğu arzulayan digər klublar strateji vəzifələr haqqında düşünməlidilər.

Boeli fəaliyyətə yaxşıca düşünülməmiş qərarlardan və pulları sağa-sola xərcləməkdən başlayıbsa, “Çelsi”nin liqadakı yeri harda olmalıdı? Tuxelin istefaya göndərilməsi böyük səhvdi. Onun yerinə uğursuz olan Qrehem Potterin, sonra isə Lempardın təyinatı növbəti iki yanlış qərar idi. ÇL-siz keçəcək mövsüm, necə deyərlər, Poçettinonun əl-qol açmasına şərait yaradacaq. Çünki “zadəganlar” əsas rəqiblərlə müqayisədə mövsüm ərzində avrokubok yükünü daşımayacaq. Bu isə premyer-liqa kimi ağır turnir üçün əhəmiyyətli amildi. Amma komanda argentinalı məşqçi ilə ilk mövsümü ilk “4-lük”də başa vurmasa, Fernandes səviyyəsində olan futbolçular daha “Çelsi”yə can atmayacaqlar.

Yaxın keçmişdə Londona heç də Abramoviçin pullarına görə getmirdilər. Axı Eden Azar kimi futbolçunun bir çox başqa klubda daha çox qazanmaq şansı vardı. Yeri gəlmişkən, belçikalı yarımmüdafiəçiyə hələ də “Real”da yüksək maaş ödənilir. Hərçənd Eden madridlilərin əsas heyətində yarım ildə bir dəfə meydana çıxır. Yox, Tyaqo Silva və Nqolo Kante kimi oyunçular “Çelsi”ni özləri seçiblər. Ona görə ki, Abramoviçin məşqçiləri tez-tez dəyişmək kimi adətinə baxmayaraq, Petr Çex və Marina Qranovskaya kimi funksionerlərin klubdaxili bütün prosesləri nəzarət altında saxladıqlarını yaxşı bilirdilər.
Boeli kluba gələn kimi bir çox işçiləri vəzifəsindən azad edib. Halbuki işini yaxşı görənlərə qarşı belə qərar verməməli idi. Böyük boss hələ də idman direktoru vəzifəsi ilə bağlı problemi yoluna qoya bilməyib. “Liverpul”un yüksəlişinin səbəbkarlarından olan Maykl Edvards Boelinin təklifini müsbət cavablamağa tələsmir. Cənab Todd hələ ki “Çelsi” üçün böyük problem sayılır, necə ki Daniel Levi “Tottenhem” üçün problemdi. Amma bunu etiraf etmək lazımdı: Poçettino belə qəribə rəhbərlərlə işləməyi bacarır.

Yeni Mourinyo tapmaq lazım idi
Londonlular üçün Lempardın əvvəlki komandası “Everton”un analoqu olmamaq vacibdi. Zəngin klublar tez-tez böyük komandaların məşqçilərini sıralarına qatır. Məsələn, “Everton”un Rafael Benites və Karlo Ançelottini “Qudison Park”a dəvət etməsini xatırlamaq olar. Amma “Çelsi” “Real” və “Bavariya”nın sabiq çalışdırıcısı ilə anlaşmayıb. Halbiki yeni Joze Mourinyo tapmaq lazım idi. Deyəsən, Boelinin bacardığı variant elə Poçettinodu. O, yeni mütəxəssisə komandanı öyrənmək üçün vaxt da verib.

Bəs indiki məqamda yeni təyinata görə nikbin düşünməyə əsas var? Boelinin ilkin planı “Çelsi”ni “Tottenhem”ə çevirməkdi. Yəni nəticələri sabit axara yönləndirməklə komandanı bir ildən sonra ÇL-ə qaytarmaqdı. Amma bu plan ilk mövsümdə baş tutmaya da bilər. Gəlin, hazırkı heyətə nəzər salaq. “Zadəganlar”ın sıralarında çox sayda yaşlı və hələ bərkdən-boşdan çıxmamış oyunçu var. Poçettinonun “Tottenhem”də olduğu kimi sakitcə komandanı yenidən qurmaq üçün çox da vaxtı olmayacaq. Növbəti mövsümə uğursuz başlanğıc isə onun qovulmasıyla nəticələnə bilər.

Argentinalı ilə müqavilə bağlamaq lazım bilinibsə, deməli, ondan yaxşısını dəvət etmək mümkün olmayıb. Yeni oyunçuların transferi üçün həddən artıq pul xərcləmiş klubun qapalı çevrəyə düşdüyünü demək olar. Zəngin klublarda dövri dəyişiklik zamanı baş məşqçi vəzifəsini komandanın temperamentinə və üslubuna ideal şəkildə uyğun gələn və ya özü ilə uğur gətirən yeni sistemin qurucusu olacaq mütəxəssisə həvalə etmək məsləhətdi. Poçettino bu kateqoriyalardan heç birinə uyğun gəlmir...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2023, 15:0

Onun “Çelsi”yə təyinatı zaman məsələsidi

Dünya futbolu

3-04-2023, 23:0

Poçettino "Çelsi"nin hədəfində

Dünya futbolu

28-04-2023, 21:0

Lemparda kim xələf olacaq?

Dünya futbolu

27-04-2022, 09:0

PSJ rəhbərliyi baş məşqçi haqda qərarını verdi

Aktual
Gələn mövsüm 1-ci liqada 12 komanda olacaq? – PFL-dən açıqlama
İlkin Muradov “Abdış-Ata”dan niyə ayrılıb? - özü açıqladı
Rüfət Abbasov hansı komandaya aiddi - əsas yığmaya, yoxsa U-21-ə?
“Napoli” iki od arasında: yansın, yansın, yansın…
“Milli Bayraqdar” “Göyqurdlar”ı unutdurdu
AFFA İcraiyyə Komitəsi yenə gizli iclasa hazırlaşır? - Ayxan Abbasovla bağlı qaranlıq məqam
Son xəbərlər
  • Bu gün, 12:08
    ''Fənər''in ''qara siyahı''sındakı ulduzlardan nə xəbər var?
  • Bu gün, 11:57
    Ozancan məhsuldar ötürmə verdi
  • Bu gün, 11:53
    40 yaşında vacib qərar verdi
  • Bu gün, 11:52
    Zamiqin komandası qalib gəldi
  • Bu gün, 11:50
    Rafa Silva ilə bağlı yeni iddialar
  • Bu gün, 11:30
    Dünya çempionu klubunu dəyişəcək?
  • Dünən, 23:55
    Oveçkin 979-cu qolu vurdu, daha 37-ni vurmalıdı
  • Dünən, 23:24
    Ləzizbəy üç il “dincələcək”
  • Dünən, 22:54
    ''Əl-Əhli''nin yeni təklifi Merih Dəmiralın ''Fənər''ə yolunu bağlaya bilər
  • Dünən, 22:23
    Region Liqası: 5 turdan sonra
  • Dünən, 21:52
    Bueons-Ayres 110 milyon dollar xərcləməyə hazırdı
  • Dünən, 21:31
    Yusif İmanovun əlindən buraxdığı top qapı xəttini keçmişdi! – əksini iddia edən varmı?
  • Dünən, 21:00
    "Cənab Kaxanın yaratdığı futbola heyrətlənirəm" - Rəşad Sadıqov
  • Dünən, 20:44
    "Keyfiyyətli futbolçu lazımdı" - Kaxaber Sxadadze
  • Dünən, 20:16
    Paskual “Barselona”ya döndü
  • Dünən, 19:54
    “Alpin”in bazasına soxulublar
  • Dünən, 19:32
    Sumqayıtda "sülh", "Zirə" "Qəbələ"ni məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:23
    "Bu gün hər iki komanda 1 xal qazandı" - Elmar Baxşıyev
  • Dünən, 18:52
    "Şəfa" da xal itirdi - YENİLƏNİB
  • Dünən, 18:31
    Taekvondoçularımız 5 medal qazandı - Avropa birinciliyi
  • Dünən, 18:10
    Tufan Sadıqovun klubu 4 aydı, futbolçulara maaş ödəmir!
  • Dünən, 17:59
    Afrikada hamını qabaqladı
  • Dünən, 17:28
    "Hakimlik haqda sual veriləndə nəsə dəyişir?" - Kurban Berdıyev
  • Dünən, 16:57
    Ronaldonun rekordunu yenilədi
  • Dünən, 16:35
    "Zirə" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:15
    Mövsümün tamaşaçı rekordları
  • Dünən, 15:54
    "Şəfa"nın futbolçusu mükafatlandırıldı
  • Dünən, 15:31
    Nərimanın “Qarabağ”dan getməkdən başqa yolu yoxdu!
  • Dünən, 15:03
    “Beşiktaş”da Rafa Silva qalmaqalı zirvə nöqtəsinə çatdı
  • Dünən, 14:45
    "Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 14:24
    Gələn mövsüm 1-ci liqada 12 komanda olacaq? – PFL-dən açıqlama
  • Dünən, 13:59
    “İlin futbolçusu” adına namizəd oldular
  • Dünən, 12:58
    Azərbaycan klubundan haqqında yazılan şok xəbərə cavab: "Cəfəngiyyatdı!"
  • Dünən, 12:34
    İlkin Muradov “Abdış-Ata”dan niyə ayrılıb? - özü açıqladı
  • Dünən, 12:03
    “Mən də 1-ci liqada komanda sayının artırılacağını eşitmişəm” – baş məşqçinin açıqlaması
Daha çox
Oxunub: 457
“Bu şəhərdə” Qurban Qurbanova hörmətsizlik etdi! - sənət belə olur?
Oxunub: 357
“Bura gələndə şoka düşdüm” – Zubir 1 milyon avroya keçibmiş!
Oxunub: 318
“Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar” - Tərlan Əhmədovla doğum günü söhbəti...
Oxunub: 231
PFL ləğv olunur, Ramin Musayev AFFA-ya qayıdır?
Oxunub: 164
Nərimanın “Qarabağ”dan getməkdən başqa yolu yoxdu!
Oxunub: 158
Ülvinin şok açıqlaması aləmi bir-birinə qatdı - AFFA nə deyir?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə