• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar” - Tərlan Əhmədovla doğum günü söhbəti...

Manşet / Müsahibə

19-11-2025, 10:0

Milli Dirçəliş Günündə Tərlan Əhmədov 54 yaşını tamamladı.

Düzdü, onun dünyaya gəldiyi vaxt – 1971-ci ildə bizim hələ belə bayramımız yox idi. SSRİ adlı imperiyada hər kəs başını aşağı salıb, bəlli çərçivələr daxilində həyat sürürdü. İndi Tərlan bəy üçün heç bir çərçivə yoxdu. Artıq uzun müddətdi futboldan kənarda qalan Avropa çempionu arabir mediada görünür, aktual məsələlərlə bağlı danışır. Biz də doğum gününü təbrik edəndən sonra söhbətə başladıq.

- Yığmadan danışaq, Ayxan Abbasovun gəlişindən sonra komanda necə göründü, son oyunlar haqda fikriniz maraqlıdı?
- Artıq uzun müddətdi yığma qələbə qazana bilmir. Hətta başabaş oynaya biləcəyimiz millilərə belə məğlub olmuşuq. İndi də bir xalla qrup sonuncusu olduq. Dəyişən tək şey odu ki, indi böyük hesabla uduzmuruq. Biz futbol oynamırıq, vuruşuruq, müdafiədə döyüşürük, amma futbol oynamırıq. Vuruşmaq, döyüşmək boksda, güləşdə, taekvondoda ola bilər. Futbolda həm də futbol oynamaq lazımdı. İllərdi deyirəm ki, futbolumuz geri gedir. Başqaları deyəndə onu reklam edirlər ki, yeni ideya verdi. Mən neçə ildi bildirirəm ki, futbolumuz 33 ildi geriləyir. Nə futbolçu yetişdirə bildik, nə klublarla böyük uğurlara imza atdıq. Savadlı mütəxəssisləri futboldan kənarda qoyduq. Ona görə də ortada futbol adına heç nə yoxdu. Milli komanda 6 oyuna 1 xal qazanır. Evdə İslandiyadan xal ala bilərdik, hətta qalib də gəlmək mümkün olardı. Necə olur ki, evdə qrupda 2-ci yeri tutan Ukraynadan xal ala bilirik, İslandiyadan yox?! Ayxan Abbasovun gəlişindən sonra böyükhesablı məğlubiyyət yaşanmadı, uşaqlar mübarizə apardılar, amma futbol görünmədi. Hansısa yenilik də olmayıb. De Byazi də 5 müdafiəçi ilə oynayırdı, Ayxan Abbasov da. Bu onun şəxsi qərarıdı. Amma beş müdafiəçi ilə oynayan komanda İslandiya ilə oyunda ara ötürməsindən sonra qol buraxır. Onda 5 müdafiəçinin 4 müdafiəçidən nə fərqi var? İllərdi deyirəm ki, 4 müdafiəçi ilə irəlidə üstünlük yarada bilərik. Amma beş müdafiəçi ilə bu alınmır.

- Bu uğursuz nəticələrin əsas səbəbləri nədi? Aşağı yaşlardan gələn problem əsas millidə də əksini tapır.
- Uşaq futbolu... Nə klublar, nə federasiya, nə də mətbuat ciddiyə alır. Prototip kimi akademiya açıblar, amma ortada iş yoxdu. Məşqçilərin işi, savadlanması, futbolçu yetişdirilməsi, məşqçilərin əməkhaqqının az olması... Siz mənə deyin ki, hansı klub futbolçu yetişdirir? Heç biri. İstər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Sabah” olsun. Öz klublarının xeyrinə görə limiti ləğv etdilər, legionerləri yığıb gətirdilər. Heç biri də o səviyyədə deyil. Aşağı yaş üzrə çempionatlar düzgün formalaşmır. Nəzarət olmalıdı. Dost-tanışlıq yox, futbol naminə. Normal məşqçilər olsaydı, normal futbolçular yetişdirilsəydi, aşağı yaş yığmalarımız böyükhesablı məğlubiyyətlər almazdı. Niyə adlı-sanlı futbolçularımız kənarda qalıb? Bəzi savadlı məşqçiləri işləməyə qoymurlar. Nazim Süleymanov, Mahmud Qurbanov, Samir Ələkbərov, Vidadi Rzayev, Arif Əsədov, Emin Quliyev kimi veteran futbolçular niyə kənarda qalıb? Niyə akademiyalarda idman direktoru vəzifəsində çalışmırlar? Klublarda futbol adamları işləməlidi. Aşağı yaş üzrə millilərimiz faciədi. Əsas yığmadakı futbolçuların çoxu öz komandasında əsas heyətdə meydana çıxmır. Deyirlər ki, əcnəbi futbolçular özünü daha yaxşı göstərir, ona görə oynayır. Bu da yanlış fikirdi. Məşqçilərin legioner futbolçuları oynatmamaq haqqı az olur. Yerli nə qədər güclü olsa da, eyni səviyyədə olsalar da, üstünlük legionerə veriləcək. 1-ci liqaya da legionerlər gətirilirdi. Əvvəl limit var idi ki, 1-ci liqada 21 yaşına qədər üç futbolçu olmalıdı. Artıq bu da ləğv olundu. Görün, nə qədər gənc futbolçu qıraqda qaldı, itirdik. Bir azdan deyəcəklər ki, yerli futbolçu yoxdu. Necə ki, indi deyirlər yerli mütəxəssis yoxdu, gedib xaricdən gətirirlər.

- İlk dövrə başa çatdı. Çempionat haqda fikriniz necədi? Bəyəndiyiniz, xoşunuza gələn komanda varmı?
- Bəyəndiyim, xoşuma gələn komanda yoxdu. Bir neçə komanda vuruşur, amma ortada futbol yoxdu. Guya 6 komanda çempionluq uğrunda mübarizə aparır. Amma görünür ki, bəziləri mükafatçılar sırasına düşmək, bəziləri isə 4-5-ci yerlər üçün oynayır. Ümid edirdim ki, “Araz-Naxçıvan”, “Turan Tovuz” baxımlı futbol oynayacaq. Elə
“Sabah” da. Çünki ötən mövsüm kuboku qazanan komanda bu mövsüm daha baxımlı futbol oynamalıydı. “Neftçi”nin çempionluq uğrunda oynayacağını gözləyirdim, bu da olmadı. Bəzi məşqçilərin hədəfi premyer-liqada qalmaqdı. Bəzi klubların strategiyası da elə budu. Bu il də “Qarabağ”a rəqib görünmür. Yaxşı mənada “İmişli”ni fərqləndirmək olar. Qorxmur, oynayır, qələbə də qazanır.

- Niyə futboldan bu qədər uzaq düşmüsüz? Artıq klublarda məşqçi istefaları olanda da yada düşmürsüz. Sizi Azərbaycan futbolunda xilasedicisilərdən biri kimi tanıyırıq, dəfələrlə bunu praktikdada sübut etmisiz, lakin hazırda heç bir klubda işləmirsiz. Təkliflər olmur, yoxsa siz qəbul etmək istəmirsiz? AFFA-nın məşqçilərlə bağlı müxtəlif layihələri də var ki, orda da görünmürsüz…
- Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar. “Neftçi”də iki dəfə, “Kəpəz”də, “Keşlə”də, AZAL-da - harda olmuşamsa, nəticə əldə etmişəm, futbolçu yetişdirmişəm. Bütün işlərim də göz qabağındadı. Hətta “Neftçi” Azərbaycan tarixində ilk dəfə Avropa Liqasına gedəndə komandanı 41 gün mən məşqə çıxarmışam. Allah rəhmət eləsin, Böyükağa Hacıyev uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Komandanı oyunlara mən hazırlamışam. Daha sonra komandanı 8-ci yerdən götürüb 3-cü pilləyə daşımışam. “Kəpəz”i götürəndə 6 oyundan sonra xalı yox idi. Mövsümün bitməsinə 4-5 tur qalmış artıq elitada qalmağı dəqiqləşdirmişdik. Amma mən həmişə şərlənirəm. Deyirlər ki, xarakteri pisdi, rəhbərliklə, futbolçularla yola getmir. Amma bir nəfər də çıxıb demir ki, bu sözləri kim deyir. 2011-ci ildən bəri mənə futbolda olmamaq üçün atılan şərlərdi. Yaxşı, Tərlan Əhmədovun xarakteri pisdi. Bəs Nazim Süleymanov, Mahmud Qurbanov, Samir Ələkbərov, Vidadi Rzayev, Arif Əsədov? Bu siyahını daha da genişləndirə bilərəm. Mən aşağı büdcə ilə nəticə verirəm deyə, onlara sərf etmir. Klub sponsorları deyirlər ki, bu necə olur? Gəlib mənə neçə dəfə deyiblər ki, sənə görə büdcəmiz azaldılacaq. Nə qədər məşqçi var ki, burdan çıxıb ora gedir, ordan çıxıb bura gedir... Bir məşqçi 3-4 vəzifəni tutur, amma PRO kateqoriyalı nə qədər məşqçi kənarda qalır. Ümid edirəm ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılacaq ki, niyə bu qədər pul gedir, amma nəticə yoxdu. Niyə adlı-sanlı məşqçilərimiz qıraqda qalır, fikirlərinə yaxın durulmur? Mən sifariş qəbul edən, kiminsə fikrinə görə heyət müəyyənləşdirən məşqçi deyiləm. Hər kəsin öz işi var. Məşqçi məşqçidi, idarəçi idarəçi. Mənə heç bir yerdən təklif yoxdu. Təklif, heç bir tədbirə dəvət almıram. Nə əvvəl işlədiyim klublarla bağlı, nə də federasiyanın. Yaxın buraxılmıram ki, gözə görünməyim. Sadəcə, yığmanın oyunlarında veteranlarla birgə meydanda oluram. Biz hörmətdən düşürük, itirə-itirə gedirik. Yeni nəsil oynamırsa, bu da faciədi. Nə vaxt olacam, bunu da bilmirəm. Bir məsələni də deyim. Mən sentyabrda “Kəpəz”də işə başlamışam. Noyabrda bir iş adamı mənə yaxınlaşdı ki, federasiyadan mənə deyiblər ki, biz Tərlanı Gəncəyə göndərdik, o orda nəticə qazana bilməyəcək. İndi də deyirlər ki, bu adam necə işləyir? Gəncə futbolunu 180 dərəcə dəyişdi, işi mükəmməldi. Zərbə vurmaq istədik, alınmadı. Mən pisəm, yaxşı. Niyə Vəli Qasımov kimi futbolçumuz “Şamaxı”da elə-belə işləməlidi? Yunis Hüseynov kimi adam kiminsə köməkçisi olmalıdı?

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Tərlan Əhmədov futboldan uzaqlaşdı - ŞOK AÇIQLAMA

Ölkə futbolu / Manşet

9-04-2024, 16:0

"İllərdi üstümə şər atılır, adıma ləkə yaxılır” - "Araz-Naxçıvan” məsələsi Tərlan Əhmədovu özündən çıxardı

Aktual

26-06-2024, 19:0

Messinin doğum gününü təbrik etdi

Yığma

4-06-2022, 21:0

Tərlan Əhmədov: "Azərbaycan futbolu yeni limit sistemi, 5 əvəzetmə sayı ilə məhv olacaq"

Premyer-liqa

6-02-2024, 22:0

"Kəpəz"in futbolçuları azarkeşin ad gününü təbrik etdi

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə