Belə ki, bölgə təmsilçisi 2-ci liqada mübarizəni dayandıra bilər. Səbəb isə sponsorun kluba maliyyə ayırmaqdan imtina etməsidi. Guya başqa ölkədə çalışan, adı açıqlanmayan iş adamı "Şəki" ilə əlaqələri kəsib. Nəticədə klubun məşqçi və futbolçulara böyük miqdarda borcu yaranıb.
Bu məsələyə aydınlıq gətirmək üçün klubun icraçı direktoru Elgün Hüseynova müraciət etdik. O, "Football-plus.az"a açıqlamasında qeyd olunanları cəfəngiyyat adlandırdı:
"Düzdü, AFFA İcraiyyə Komitəsinin qərarıyla futboldan 6 ay uzaqlaşdırılmışam. Ancaq klubda başverənlərdən xəbərdaram. Yazılanlar həqiqəti əks etdirmir. Bəli, maaşların gecikməsiylə bağlı kiçik problemlər var. Bu böyüdüləcək məsələ deyil. Ən qısa zamanda həll olunacaq. Klubun 2-ci liqada mübarizəni dayandırması, ümumiyyətlə, gündəmdə deyil".
Qeyd edək ki, "Şəki" 9 turdan sonra 19 xalla 4-cü pillədə qərarlaşıb.KƏNAN BAHADIR






