“Milli Bayraqdar” “Göyqurdlar”ı unutdurdu

21.11.2025 15:38 23
Ölkə futbolu / Aktual
Yığmanın son iki oyununu diqqətlə izləyənlər, yəqin ki, bir məqamın fərqinə vardı. Artıq “Milli Bayraqdar” adlı fanklub da var, hər iki oyunda ölkənin əsas komandasını yetərincə keyfiyyətli dəstəklədi.

Fransa ilə matçda bir sektoru tam doldurmuşdular. Hətta “Milli Bayraqdar”ın artıq çoxdan yığmanın oyunlarını boykot edən “Göyqurdlar”ı unutdurduğunu da deyə bilərik. Biz bu məsələ ilə bağlı “Göyqurdlar”ın rəhbərlərindən Elnur Şərifli ilə əlaqə saxladıq, fikrini öyrənmək istədik. Təəssüf ki, cavab ala bilmədik:
“Milli haqda heç nə demək istəmirik. Artıq milli mövzusunu bağlamışıq. AFFA-nın indiki rəhbərliyi istefa verənə qədər belə olacaq”.
Belədə Elnur bəyə növbəti sualı ünvanladıq: “yığmanın xeyrinə atılan addımlar da sizi yolunuzdan döndərməyəcək?”. Şəriflinin cavabı:
“Millinin xeyrinə atılacaq tək addım AFFA rəhbərliyinin istefası ola bilər”.

MÜZƏFFƏR QULUZADƏ