Ləzizbəy üç il “dincələcək”

22.11.2025 23:24 12
İdman
Özbəkistan boksçusu Ləzizbəy Mullajonov antidopinq qaydalarını pozduğuna görə üçilliyə yarışlarda iştirakdan kənarlaşdırılıb.

"Football-plus.az" xəbər verir ki, idmançıdan bu il iyunun 11-də götürülən test nümunəsi nəticəsində orqanizmində metasteron metabolitləri aşkarlanmışdı.

Boksçunun cəza müddəti 2008-ci il iyulun 21-də başa çatacaq. Həmin vaxt onun 29 yaşı olacaq. Ləzizbəyin iyunun 11-dən iyulun 22-nə qədər yarışlarda göstərdiyi nəticələr də ləğv olunub.

Xatırladaq ki, Mullajonov 2004-cü ildə keçirilən Paris Olimpiadasının finalında 92 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub etmişdi.