Afrikada hamını qabaqladı

22.11.2025 17:59 8
Dünya futbolu
Afrikada 2025-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bu barədə Afrika Futbol Konfederasiyası məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, ilin ən yaxşı oyunçusu adına Əşrəf Hakimi layiq görülüb.

PSJ-nin mərakeşli müdafiəçisi ötən mövsüm Çempionlar Liqası, Fransa Liqa 1-i, Fransa kuboku və Fransa Superkubokunun qalibi olub. Əşrəf bütün turnirlərdə 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə verib.