Rüfət Abbasov hansı komandaya aiddi - əsas yığmaya, yoxsa U-21-ə?

22.11.2025 10:28 30
Ölkə futbolu / Aktual
Fransa ilə oyundan sonrakı gün AFFA-nın saytı “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasovun U-21-in düşərgəsinə qoşulduğunu açıqladı.

İslandiyaya qarşı 90 dəqiqə oynayan Rüfət Fransa ilə oyunda bir gün də meydanda olmadı, ertəsi də gedib həmyaşıdlarına qoşuldu.

Bu necə olur? Niyə olur? Belə çıxır ki, U-21-i hələ də Ayxan Abbasov idarə edir? Fransa ilə oyunda da Rüfəti yormadı ki, Cəbəllütariqdə sınağı var. Təsəvvür edirsiz, Arda Gülər bir gün əsas millinin düşərgəsindədi, növbəti gün U-21-in.

Rüfət Abbasovun statusu artıq müəyyənləşməlidi - ya U-21-in futbolçusu olsun, ya da A millinin. U-21-ə kömək üçün əsas komandanın heyəti ilə bağlı rotasiya etmək görünməmiş praktikadı.

Ayxan bəy, deyin bilək: Rüfət hansı millinin oyunçusudu?

MÜZƏFFƏR QULUZADƏ