"Hakimlik haqda sual veriləndə nəsə dəyişir?" - Kurban Berdıyev

22.11.2025 17:28 21
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 12-ci tur matçında "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- İki fərqli hissə izlədik. Birinci yarıda yaxşı oynamasaq da, ikinci yarıda toparlandıq.

- Sanki hakimlikdən narazı qaldız...
- Hakimlik haqda sual veriləndə nəsə dəyişir? Nəsə dəyişmirsə, bu cür suallar vermək lazım deyil.

- Komandanın ikinci sırada qərarlaşmasından razısızmı?
- Biz turnir cədvəlinə fikir vermirik. Oyundan oyuna hazırlaşırıq.

KƏNAN BAHADIR