Artıq “Çelsi”ni növbəti mövsümdə kimin çalışdıracağı məlumdu.
"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in və PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino tezliklə İngiltərə klubuna təyinat alacaq.
Böyük Britaniya mənbələrinin xəbərinə görə, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. Poçettinonun təyinatı yaxın günlərdə açıqlanacaq. 51 yaşlı mütəxəssis londonlulara yeni mövsümdən başçılıq edəcək. Poçettinonun sonuncu iş yeri 2022-ci ilin yayında ayrıldığı PSJ olub.