Bu həftə 1-ci və 2-ci liqa klublarından bəzilərinin rəsmiləri ilə əlaqə saxlamışıq. Hamısının oxşar bir sözü var:
“Deyirlər ki, ola bilsin, 1-ci liqada klub sayı 12 olsun, ona görə də 2-ci liqadan üç klub birbaşa, biri də pley-off oynamaqla 1-ci liqaya yüksələ bilər”.
Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Bəs bu od hardan alovlanır? Həqiqətən belə ideya varmı? PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevin “Football-plus.az”a açıqlaması:
“Bizdə bu haqda məlumat yoxdu. Əsasnamə təsdiqlənib. Fasilə dönəminə getməmişik. Qərar dəyişikliyi olanda da birdən-birə olmur. Bunun üçün AFFA İcraiyyə Komitəsi toplanmalı və qərar verməlidi. Amma bununla bağlı plan yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ