''Əl-Əhli''nin yeni təklifi Merih Dəmiralın ''Fənər''ə yolunu bağlaya bilər

22.11.2025 22:54 15
Dünya futbolu
''Fənərbaxça'' qışda onsuz da zəif olmayan heyətini bir qədər də gücləndirməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, Domeniko Tedesko rəhbərlikdən ilk növbədə mərkəz müdafiəçisi tələb edib. Rəhbərliyin bir nömrəli hədəfi nəhayət ki, Merih Dəmirala qovuşmaqdı.

''Fənər''in yetirməsi olan, amma gənc yaşda Avropaya yollandığından əsas komandada heç vaxt oynamayan bu futbolçu Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Əhli''də forma geyir. Özü də onun bu klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Merih qışda doğma klubuna qayıtmaq barədə ciddi düşündüyü bir məqamda sürpriz olay yaşanıb. Belə ki, ''Əl-Əhli'' 27 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Özü də ''Fənər''in təklifindən çox sərfəli görünən bir təklif.

Merihin indiki illik qazancı 12,5 milyon avrodu və iddialara inansaq, ''Əl-Əhli'' ona bundan da yaxşı bir təklif irəli sürüb. Ancaq ''sarı-lacivərdlilər'' Merihə illik maksimum 7,5 milyon avro ödəməyə hazırdılar. Komandada hazırda ən çox qazanan müdafiəçi olan Milan Şkrinyarın da maaşı məhz bu qədərdi.

''Əl-Əhli''nin sərfəli təklifi Merihin belə desək, ağlını qarışdırıb. Ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında xoşbəxt görünən təcrübəli futbolçunun burdakı karyerasını və həyatını davam etdirəcəyi istisna edilmir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul