Zamiqin komandası qalib gəldi

23.11.2025 11:52 9
Dünya futbolu
Albaniya çempionatında 12-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında “Bülis”i 5:1 hesabı ilə məğlub edib. Əliyev meydana 63-cü dəqiqədə, hesab 4:0 olarkən daxil olub.

Bu nəticədən sonra "Eqnatiya" 22 xalla çempionatda 3-cü pillədə qərarlaşıb.