Mövsümün ən yaxşı gənc oyunçusu seçildi

22.05.2023 21:45 217
Dünya futbolu
Almaniya bundesliqasında 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Kərim Adeyemi olub.

"Football-plus.az" xəbər verir ki, Dortmund “Borussiya”sının hücumçusu haqda məlumatı klubun mətbuat xidməti yayıb. 21 yaşlı futbolçu səsvermədə Matteys de Liqt (Bavariya), Henninq Matrikiani (Şalke-04), Li Buxanan (Verder), Tom Krauss (Leyptsiq) və Junior Dina Ebimbeni (Ayntraxt F) qabaqlayıb.

Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm bundesliqada keçirdiyi 22 matçda 6 qol vurub və 6 qolun ötürməsini verib.