• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu şəhərdə” Qurban Qurbanova hörmətsizlik etdi! - sənət belə olur?

Yazarlar / Manşet

18-11-2025, 13:0

Sosial şəbəkələrdə narazılıq yağan mesajları oxuyandan sonra “yutub”a girib, “Bu şəhərdə Qurban Qurbanov” yazdım ki, Rafael İsgəndərovla Coşqun Rəhimovun noyabrın 15-də Heydər Əliyev Sarayında keçirilən “Ev Dar” adlı konsertindən hansı səhnənin belə qəzəb doğurduğunu öyrənim. Baxdım, heyrətləndim, iyrəndim: doğrudanmı, bu sənətdi və ya sənət belə olurmu?

Deməli, Rafael səhnədə Coşquna, yəni şərti Qurban Qurbanova müxtəlif suallar ünvanlayır. “Təsəvvür edin ki, illər keçir və Nəriman Axundzadə “Qızıl top” alır”, “təsəvvür edin ki, “Qarabağ” haçansa “Səbail”ə uduzur”, “təsəvvür edin ki, Azərbaycanın yığma komandası haçansa dünya çempionu olur”... Əvvəlki sualların hər birinə “ola bilər” cavabını verən Qurban Qurbanov axırıncı sualın cavabında qəşş edib özündən gedir, yerə yıxılır, o tərəfə - bu tərəfə aşır, Rafael onun əlindən tutub qaldırır. Bir sözlə, başdan-ayağa ikrah doğuran, sənətdən və sənətkarlıqdan minlərlə kilometr uzaq olan səhnəcikdi.

Mən artıq “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasovun açıqlamasıyla da tanış olmuşam. Adam belə əcaib-qəraib səhnəciyə görə üzr istəmək əvəzinə “hansısa axmaq zaldan səhnəciyin bir hissəsini çəkib, halbuki çəkiliş qadağandı, haqqımıza giriblər, konsertin montajdan sonra tam versiyasını Qurban Qurbanova göstərib onun fikrini öyrənərsiz” deyib.

Şəxsən mən belə düşünürəm ki, “Bu şəhərdə”nin ssenaristi və aktyorları zarafat üçün ən azı uyğun mövzu (istiqamət), yer və vaxt seçməyiblər. Millətin futboldakı zəifliklərini bu şəkildə məsxərəyə qoymaqla onu düzəltmək olmaz. Birincisi, Nərimanın nə yaşı var ki, bəlkə günlərin birində, doğrudan da, Avropaya səs salan futbolçuya çevriləcək? İkincisi, futbolda “Qızıl top” almaq və ya yığma səviyyəsində dünya çempionu olmaq qadın paltarı geyib şəbeh çıxarmaq qədər asan iş deyil. Bunu anlamaq üçün adamın azacıq futbol biliyinin olması lazımdı ki, həmin bilik nə ssenaristdə var, nə də əməkdar aktyorlarda. Amma bütün bu sadaladıqlarımdan da önəmli məqam başqadı.

Qurban Qurbanov bu ölkədə 7-dən 77-yə hər kəsin simpatiya bəslədiyi, hörmət etdiyi, peşəkarlığı və kişiliyi ilə ad çıxaran üç-beş adamdan biridi. Ona yuxarılar da hörmət edir, aşağılar da, futbolu sevənlər də hörmət edir, sevməyənlər də. Çünki uzun illər boyunca əzilən, ayaqlar altında olan klub futbolumuzun imicini, obrazını dəyişib, Azərbaycanı dünyaya tanıdan şəxsdi, şəxsiyyətdi. Qurban bəylə dəfələrlə rəsmi və qeyri-rəsmi məclislərdə üz-üzə gələn adam kimi deyirəm ki, o, “Bu şəhərdə”nin konsertində səhnələşdirilən səviyyədə davranış, əxlaq və düşüncə yiyəsi deyil. Qurban bəyin zarafat anlayışı bu çərçivələrdən xeyli yüksəkdədi. Adam vətəninin nəinki futbolunu, itini, pişiyini, ağacını-daşını, sənətkar sayılan, ancaq sənətə belə hoqqabazlıqlar qatan sizləri də sevir.

Montajdan sonrakı versiyasında nə olacaq ki? Açıq-aşkar Qurban Qurbanova oxşadılan birini yerdən qaldırıb ayaqüstə məzələnəcəksiz? Qurban Qurbanov kimi şəxsiyyəti bu səviyyəyə necə endirdiz ki, indi də ayağa qaldırmaq üzərində düşünəsiz? Ümumiyyətlə, Azərbaycanın ən böyük dəyərlərindən birini necə bələ lağ, məsxərə obyektinə çevirə bilirsiz? Ssenarist nəinki Qurban bəyi, istənilən başqa futbol adamını da yerə sərilib vurnuxmağa (çox çalışdım ki, səliqəli ifadə seçim...) məcbur edirsə, onu yerdə təsəvvür edirsə, bunun adı sənətdimi?

Bildiyim qədəri ilə sənət adamları düşünməyə məcbur etməlidi, onların bədii zövqünün, estetik dünyagörüşünün formalaşmasına təkan verməlidi. Sizin təkanınız ölkənin ən populyar, sevilən şəxslərindən birini məsxərəyə qoymaqdan ibarətdisə, mənə nə belə sənət lazımdı, nə də sizin kimi sənətkarlar! Sadəcə, ayıb olsun!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-06-2025, 17:0

Rafael Fiziyev “Qarabağ”ın düşərgəsində

Ölkə futbolu

2-09-2022, 15:0

Rusiya klubu Qurban Qurbanova təklif göndərdi

Manşet / Avropa Liqası

4-10-2022, 18:0

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

Aktual / Ölkə futbolu

8-02-2023, 13:0

Bu futbolçu hələ də Qurban Qurbanova lazımdı

Aktual / Ölkə futbolu

28-11-2023, 15:0

“…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama

Ölkə futbolu / Manşet

9-09-2025, 18:0

“Qarabağ” azarkeşləri Qurban Qurbanova görə ayağa qalxdı – AFFA-ya sərt mesaj!

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə