"Şəfa"nın futbolçusu mükafatlandırıldı

22.11.2025 15:54 19
Ölkə futbolu
1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa"nın üzvü Nihad Quliyev mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 8-ci turun "Şəfa" - "Difai" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.