Bueons-Ayres 110 milyon dollar xərcləməyə hazırdı

22.11.2025 21:52 24
İdman
Britaniyalı jurnalist Co Seyvard iddia edir ki, Argentinanın hakimiyyət orqanları 2028-ci ildə “Formula-1” üzrə dünya çempionatının təqvimində yer almaqla bağlı danışıq aparır.

"Football-plus.az" xəbər verir ki, argentinalı pilot Franko Kolapinto “Alpin”lə müqavilə müddətini uzadandan sonra bu yöndə danışıqlar bir qədər də intensivləşib. Buenos-Ayresin hakimiyyət orqanları artıq müvafiq plan hazırlayıb, Xuan Oskar Qalves adına avtodromun yenilənməsi üçün 110 milyon dollar ayırmağa hazır olduğunu bildirib. Hazırda bu trass MotoGP-2027-nin Argentina mərhələsi üçün hazırlanır.

Məlumunuz olsun ki, Argentinada “Formula-1” yarışları 1953-98-ci illər aralığında keçirilib. Məhz onda “kral avtoyarışlar” tarixdə ilk dəfə Avropadan kənara çıxmışdı.