• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”da qəfil axtarışın səbəbi nədi?

Dünya futbolu

8-05-2023, 17:0

Usmanov Almaniyada təqib olunmasının aşkar siyasi xarakter daşıdığını deyir

"Football-plus.az" xəbər verir ki, mövsümün sonu ərəfəsində “Bavariya”da işlər heç də qaydasında getmir. Bundesliqada sıralanan xal itkilərindən sonra Yulian Naqelsmann baş məşqçi vəzifəsindən kənarlaşdırıldı. Gənc mütəxəssisin yerini tutan təcrübəli Tomas Tuxelin gəlişi vəziyyəti heç də yaxşılaşdırmayıb. Komanda Çempionlar Liqasında mübarizəni məhz hazırkı çalışdırıcı ilə dayandırıb. Almaniya çempionatında isə hər şey münhenlilərin öz əlində olsa da, Dortmund “Borussiya”sı ilə mübarizənin sona qədər gərgin gedəcəyi gözlənilir. İndi idman planında olan çətinliklərə hüquqi xarakterli problem əlavə olunub.

“Bavariya” ilə Rusiyanı hansı bağ birləşdirir?

Aprelin 29-da “Bild” qəzetində səs-küylü xəbər yayılıb. Məlumatda Almaniya Federativ Respublikasının (AFR) Federal Cinayət Polisi İdarəsinin Bavariya vilayətinin analoji qurumunun əməkdaşlarıyla birlikdə axtarış apardığı bildirilib. Bu əməliyyat Münhen klubunun ofisində və komandanın ev oyunlarını keçirdiyi “Alyants Arena”da yerinə yetirilib. Məqsəd rusiyalı biznesmen Əlişer Usmanovun “Bavariya” ilə mümkün əlaqəsinin olub-olmadığına aydınlıq gətirməkdi.

“USM Holdings” meqakorporasiyasının sahibi futbolda çoxdan fəaliyyət göstərib. Özbəkəsilli oliqarx yaxın keçmişdə təxminən on il boyunca “Arsenal”ın həmsahiblərindən olub: İngiltərə klubunun səhmlərinin 25 faizi Usmanova məxsus idi. Lakin 2022-ci ilin fevralından – Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra onun Avropa futbolu ilə əlaqəsi praktiki cəhətdən qırılıb.

Ortaya təbii sual çıxır: bəs bir neçə gün əvvəl “Bavariya”da nə üçün axtarış aparılıb? Frankfurt prokurorluğunun məlumatında kluba və onun hər hansı rəhbərinə qarşı təhqiqat aparılmadığı bildirilib. Və “Bavariya” prokurorluğun bu bəyanatını təsdiqləyib. Yerli jurnalistlər yoxlamalara Usmanovun münhenlilərin fəxri prezidenti Uli Höness ilə əlaqəsinin rəvac verdiyini vurğulayırlar. Qeyd edək ki, onlar arasında həqiqətən də ciddi münasibətlər olub. Hər ikisi dəfələrlə Teqernzee kurort şəhərində istirahət edib. Özü də orda qonşu olublar. Rusiyalı milyarder 2022-ci ilin martınadək Bavariya vilayətinin Misbax rayonunda yerləşən Teqernzeeyə müntəzəm yollanıb. Lakin müharibə başlayandan sonra bir daha kurortda görünməyib.

Yerli mənbələr tərəflərin münasibətlərinin gizli şəkildə davam etmək ehtimalının təbii şübhələrə yol açdığını qeyd edir. Bu mənada Əlişer Burhanoviçə “Bavariya”nın Çempionlar Liqasının oyunlarını stadionda izləmək imkanının yaradılması ilə bağlı iddia da diqqəti cəlb edir. Onu şəxsən sabiq prezident Hönessin VIP-biletlərlə təmin etdiyi söylənilir.

“Bild” qəzetinin məlumatında Almaniyanın hakim dairələrinin Usmanovdan böyük məbləğdə “pulların yuyulması” və vergidən yayınmaqda şübhələndiyi də bildirilir.

Usmanov nə deyir?

Məlumunuz olsun ki, Avropa İttifaqının (Aİ) Şurası 2022-ci il fevralın 28-də Rusiyadan olan digər biznesmenlər, məmurlar və mədəniyyət xadimləri kimi, Usmanovu da “qara siyahı”ya salıb. Başqa sözlə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasında o da təqsirkar bilinib.

Rusiyalıların Aİ ərazisinə girişi qadağan edilib, aktivləri isə dondurulub. Yeri gəlmişkən, Usmanov ötən il aprelin 29-da sanksiyalardan Avropa Məhkəməsinə şikayət etmişdi. 69 yaşlı biznesmen məhkəmənin qərarına qədər qadağaların aradan götürülməsini və ona tətbiq edilən məhdudiyyətlərin ləğvini istəmişdi. Lakin məhkəmə milyarderin bu məsələlərə qısa müddətdə baxılması tələbini geri çevirib.

Usmanovun mətbuat xidməti artıq məlum orqanların axtarış əməliyyatına reaksiya verib. Yazılı şəkildə çatdırılan fikirlərlə tanış olarkən biznesmenin özünü hardasa həm də “Bavariya”nın vəkili kimi apardığı aydın görünür: “Bavariya”nın ofisində və “Alyants Arena”da Almaniya çempionatında mövsümün finişi ərəfəsində axtarış aparılması Frankfurt prokurorluğunun işçilərinin “Bavariya”nın yox, Dortmund “Borussiya”sının fanatı olduqlarını düşünməyə əsas verir.

Müstəntiqlərin ilkin ehtimalı, Əlişer Usmanovun “Bavariya”nın oyunlarını stadionda izləməklə “pulları yuduğu” isə komik görünür. Əslində bu, AFR-in hüquq-mühafizə orqanlarının hədsiz reaksiyasına növbəti nümunədi. Bu əməliyyat daha əvvəl həyata keçirilən bir sıra əsassız tədbirlərin davamıdı. Məsələn, 2022-ci ilin sentyabrında onlarla silahlı əsgərin Teqernzeedəki boşalan evlərə hücumunu xatırlatmaq olar. Həmin evlər Ə.B.Usmanova məxsus deyil.

Hessendə onun vəfat etmiş dostunun oğlunun qanuni şəkildə yaşadığı kiçik mənzildə səhər tezdən axtarış aparılması da normal sayıla bilməz. Və ya əslində plastik süvenirlər olan əşyaların dəyərli aksesuarlar kimi “müsadirəsi”ni misal göstərmək olar. Mövcud olmayan cinayətlərin axtarışına əsassız şəkildə can atmaq müstəntiqləri təbii olaraq belə pərtlik vəziyyətinə salır.

Almaniyanın hüquq-mühafizə orqanlarının siyasi instrumentallaşdırma əməlləri bu ölkənin konstitusiyalı dövlət anlayışı ilə ziddiyyət təşkil edir. Ə.B.Usmanov heç vaxt AFR-in qanunlarını pozmayıb, onun maliyyə vəsaitlərinin mənbəyi tam şəffafdı, Almaniyada təqib olunması isə açıq-aşkar siyasi xarakter daşıyır. Bu səbəbdən bu ölkənin vətəndaşları onların ödədikləri vergilərin həqiqətən də effektiv şəkildə istifadə olunub-olunmaması ilə bağlı sual verə bilərlər. Böyük məbləğdə olan və düzgün yolla qazanılan vəsaitini rəsmən bəyan edən adamın futbol matçarı üçün biletlərdən “pulları yumaq” vasitəsi kimi istifadə etməyə ehtiyacı var?

Ə.B.Usmanovu əslində “Bavariya” ilə nə birləşdirir? Futbola sevgisi və bu böyük kluba hörməti. Biznesmenin vaxtilə səhmdarı oduğu “Arsenal” “Alyants Arena”da dəfələrlə meydana çıxıb. Klubun ofisində axtarış aparanlar yəqin ki, Ə.B.Usmanovun həmin məkana bir neçə dəfə böyük beynəlxalq idman təşkilatının rəhbəri kimi qonaq qismində dəvət aldığını da bilməmiş deyillər.

Şübhəsiz, o, ədalətsiz məhdudiyyət və qadağaların ləğvindən sonra azarkeş kimi bu stadiona yenidən böyük məmnuniyyətlə baş çəkəcək”.

Maraqlıdı ki, “Bavariya”nın başbilənləri bir neçə gün ərzində məsələyə heç bir reaksiya verməyiblər. Görünür, mövsümün finişi ərəfəsində diqqətlərin çempionluq yarışından tam fərqli mövzuya yönəlməsini istəmirlər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-02-2023, 20:0

Naqelsmannın üzü döndü...

Dünya futbolu

2-07-2022, 16:0

Naqelsmannın yeni sevgilisi üzə çıxdı

Dünya futbolu

5-04-2022, 13:0

"Bavariya"ya texniki məğlubiyyət verilə bilər

Dünya futbolu / Manşet

24-03-2023, 13:0

"Bavariya"da nələr baş verir? - TƏHLİL

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə