“Bild”in yaydığı xəbərə görə, “Bavariya”nın futbolçuları Münhenqladbax “Borussiya”sına məğlubiyyətdən (2:3) sonra əlavə istirahət günü almayacaq.
Football-plus.az xəbər verir ki, halbuki “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann onlara söz vermişdi ki, rəqib məğlub ediləcəyi təqdirdə iki istirahət günü qazanacaqlar. Oyun münhenlilərin məğlubiyyəti ilə bitdiyinidən əlavə istirahəti ləğv etmək lazım gəlib.
Naqelsmann son həftələrdəki gərgin qrafikə görə futbolçularına dincəlmək imkanı yaratmaq istəsə də, göründüyü kimi, planı pozulub. Düzdü, “Bavariya” hələ də turnir cədvəlində liderliyi qoruyur, ancaq münhenlilər Dortmund “Borussiya”sı ilə “Union”u yalnız əlavə göstəricilərə görə qabaqlayırlar.