"Bavariya"ya texniki məğlubiyyət verilə bilər

5.04.2022 13:25 569
Dünya futbolu
Almaniya çempionatının 28 -ci turu çərçivəsində baş tutan "Frayburq" - "Bavariya" matçında əvəzetmə zamanı yaşanan insident qonaqlara baha başa gələ bilər.

"Football-plus.az" saytının məlumatına görə, meydan sahibləri Münhen təmsilçisini Almaniya Futbol Federasiyasına (DFB) şikayət edib. "Ağ - qaralar"ın müraciətinin səbəbi Yulian Nagelsmanın komandasının 26 saniyə ərzində meydanda 12 nəfərlə oynamasıdı. Buna görə, də qurumun "Bavariya"ya texniki məğlubiyyət verəcəyi gözlənilir.