“Sabah”ın Danimarkada – Randers şəhərində “Orhus”un qonağı olacağı oyuna bir neçə saat qaldı. Bu ərəfədə “bayquşlar”ı səfər matçında dəstəkləyəcək azarkeşlərin sayı da məlum olub.
“Football-plus.az” “Campo” nəşrinə istinadla xəbər verir ki, Masazır təmsilçisi tribunalarda yer alan 111 tərəfdarının dəstəyini hiss edəcək. Bu barədə həmkarlarımıza “Orhus”un mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, meydan sahiblərinin oyun üçün satışa çıxardığı 9000 biletin hamısı sahibini tapıb. Bununla belə, “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bazar ertəsi komandanı təxminən 70 azarkeşin dəstəkləyəcəyini demişdi. Görünür, son iki gündə bu sayda artım olub.
KƏNAN BAHADIR