• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bizim problemimiz uyğunlaşma ilə bağlıdı”

Dünya futbolu

14-04-2023, 19:0

Ötən mövsüm superliqada ən az top buraxan iki qapıçıdan biri olan və seyvləri ilə həm yığmada əsas qapıçı statusuna yiyələnən, həm də “Trabzonspor”un çempionluğunda mühüm rol oynayan Uğurcan Çakır dünənki məşqdən öncə türkiyəli həmkarlarımıza açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, komandası kimi bu mövsüm Uğurcan da inamsız təsir bağışlayır. Bu üzdən, o, yığmadakı mövqeyini də əldən verib. Yığmanın son iki matçında qapını “Beşiktaş”lı Mərt Günok qorumuşdu. Bu mövsümdəki zəif performansın səbəblərindən danışan 27 yaşlı əlcək sahibi yığmada əsas qapıçı statusunu itirməsi barədə də diqqətçəkən ifadələr işlədib:

“Ötən mövsümkü uğurdan sonra heyəti qoruya bilmədik. Bəzi əsas oyunçular aramızdan ayrıldı. Başqa futbolçular gəldi. Açığı, yeni gələnlər komandaya uyğunlaşmaqda çətinlik çəkdilər. Bir-birinin ardınca uğursuz nəticələr əldə etdikcə, komandanın özünəinamı və motivasiyası azaldı. Psixoloji çətinliklər də əlavə olununca bu mövsüm nəticələr istədiyimiz kimi olmadı. Hərçənd elə qarşılaşmalar da oldu ki, məğlubiyyətə layiq deyildik. Rəqibdən daha yaxşı oynayıb xal qazana bilmədiyimiz matçlar da oldu. Bununla belə, komanda yoldaşlarımın yaxşı niyyətinə şübhə etmirəm. Həftəsonu “Beşiktaş”la oynayacağıq və bu görüşün motivasiyası tam fərqli olacaq. Uğursuz dönəmdən çıxmaq üçün gözəl fürsətdi. İşlər qaydasında getməyəndə hamı bir-birini günahlandırır. Amma mən günahkarı axtarmağın əleyhinəyəm. Komanda yoldaşlarım üçün mübarizə aparmaqdan vaz keçməyəcəm. Dediyim kimi, problemimiz uyğunlaşma ilə bağlıdı. Komandada 5-ci mövsümümü keçirirəm. İlk 4 mövsümdə yaxşı performans sərgiləmişdim. Mövsümün əvvəlləri həmişə mənim üçün çətin keçir. Sonradan toparlanıram. Bu mövsümün əvvəlində “Antalyaspor”la oyundakı zədəm məni geri saldı. “Kopenhagen”lə oyuna zədəmi tam sağaltmadan çıxmalı oldum. Mənim üçün ortada faciəvi bir durum yoxdu. Futbol kollektiv idman növsüdü. Komanda pis oynayırsa, qapıçı da pis çıxış edir. Qapıçı lap yaxşı çıxış etdikdə belə, bunu təkbaşına etmir. Komandanın hesabına edir. Ona görə də bu uğursuz nəticələrə görə hər birimiz eyni dərəcədə məsuliyyət daşıyırıq. Avropada oynamaq hədəfimdən vaz keçməmişəm. Bəziləri məni ayrılmaq istəməkdə günahlandırır. Amma burda qalmaq üçün necə fədakarlıqlar etdiyimi, necə təklifləri geri çevirdiyimi əvvəlki başqanlar gözəl bilir. Həmişə klubun mənafeyini düşünərək hərəkət etmişəm. Çünki şəhərimi və klubumu sevirəm. Ötən il yığmada əsas qapıçı mən idim. Builki matçlarda ehtiyatda qalmağım mənə qəribə gəldi. Başa düşmürəm ki, futbolçu çempionatdakı performansına görə qiymətləndirilir, yoxsa yığmadakı performansına görə? Çünki indiyə qədər yığmada heç bir matçda zəif performans sərgiləməmişəm. Əsas heyətdəki yerimi itirməyə layiq olduğumu düşünmürəm. Yox, futbolçulara çempionatdakı performansa görə qiymət verilirsə, onda öz klubunda start heyətində oynamayanların yığmada ilk “11-lik”də oynaması da mənə qəribə gəldi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-09-2022, 23:0

“Trabzonspor” Avcının müqaviləsini yenilədi

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə