• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mançini: “İtaliyada yerli hücumçu qıtlığının səbəbini deyə bilmərəm”

Dünya futbolu

3-04-2023, 21:0

Roberto Mançini son günlər bir sıra məsələlərlə bağlı fikirləri ilə diqqəti cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya millisinin baş məşqçisi komandanın AÇ-2024-ün seçmə turnirindəki startı, yığmaya cəlb etdiyi yeni oyunçu və ölkə klublarının Çempionlar Liqasında uğurlu çıxışı haqda suallara maraqlı cavablar verib.

Yəqin ki, heç-heçəyə layiq idik
Bilindiyi kimi, “skuadra adzurra” qitə çempionatının seçmə mərhələsinə uğursuz start verib. Mançininin komandası Neapolda İngiltərəyə 1:2 hesabıyla uduzub. Qeyd edək ki, bununla İtaliyanın qitə çempionatının seçmə turnirindəki 40 oyunluq (36 qələbə, 4 heç-heçə) məğlubiyyətsiz seriyası qırılıb. İngiltərənin “skuadra adzurra”ya 1961-ci ildən sonra ilk dəfə səfərdə qalib gəldiyini də bildirək. Baş məşqçi komandanın məğlubiyyətə layiq olmadığını düşünür: “İngiltərə ilə matçın çətin keçəcəyini bilirdik. Hər iki qolu standart vəziyyətdən sonra buraxdıq, həmin epizodlarda daha diqqətli olmalıydıq. İkinci hissədə dominantlıq etdik və yəqin ki, heç-heçəyə layiq idik. Odu ki, nəticə bizi məyus etdi. Amma seçmə turnirdə hələ çox oyun keçirəcəyik”.

Malta ilə oyun qıcıqlandırıcı olur
Sonuncu qitə çempionatının qalibi olan İtaliya növbəti seçmə oyunda Maltanı 2:0 hesabıyla məğlub edib. Mançini komandasının zəif rəqiblə matçda maksimum gücünü nümayiş etdirmədiyini düşünür: “Belə oyunları keçirmək çətin olur. Ona görə ki, bu tip rəqiblərlə mübarizədə nələrisə itirirsən. Malta kimi komandalara qarşı mübarizə qıcıqlandırıcı olur, belə oyunların cəlbediciliyindən danışmaq mümkün deyil, kənardan heç də yaxşı görünmür. Çünki rəqib böyük qüvvə ilə arxaya çəkilir və meydanda boş zona qoymur. Bu halda konsentrasiyanı itirmək olmaz”.

Yalnız “Latsio”da italiyalı mərkəz hücumçusu var
Xəbər verdiyimiz kimi, Mateo Retegi “skuadra adzurra”da İngiltərəyə qarşı debüt oyununda qol hesabını açıb. İtaliya əsilli argentinalı hücumçu Maltanın da qapısına yol tapıb. “Tiqre”nin 23 yaşlı oyunçusunu komandaya çağırmağı lazım bilən Mançininin qarşıdakı matçlarda heyətə daha bir neçə argentinalını cəlb etməyi düşündüyü xəbər verilir. “Tuttosport” qəzetinin məlumatına görə, indi yığmaya əsas namizəd “Zaltsburq”un yarımmüdafiəçisi Nikolas Kapaldodu. İtaliya Futbol Federasiyasının skautlarının müdafiəçi Nikolas Valentini (Boka Xuniors), yarımmüdafiəçilər İqnasio Puç (Atletiko Tukuman), Tomas Pusso (İndependyente), Cino İnfantino (Rosario Sentral), Xuan Sfortsa, Xusto Cani (hər ikisi “Nyuellz Old Boyz”), Canluka Prestianni (Veles Sarsfild), hücumçular Pedro de la Veqa (Lanus) ilə Lukas Beltranı (River Pleyt) da diqqət mərkəzində saxladıqları məlum olub.
Mançininin milli komandaya başqa ölkələrdən olan futbolçuları cəlb etmək perspektvi ilə bağlı suala cavabı belə olub: “Müxtəlif dövrlərdə bizim akademiyalarda yetişən italiyalı oyunçular da başqa komandalara aparılıb. Hazırda işlər belə cərəyan edir. A seriyasının ən yaxşı 7 klubu arasında yalnız “Latsio”da italiyalı mərkəz hücumçusu var (Çiro İmmobileni nəzərdə tutur – red.). İtaliyada yerli hücumçu qıtlığının səbəbini deyə bilmərəm. Heyətdə yeniliklər üçün münasib variantları ölkəmizdə tapa bilsəydik, daha yaxşı olardı. Bu mövzuda hər kəs istədiyi fikri səsləndirə bilər. Amma yeniləri aşkar etmək üçün vaxta ehtiyac var. Yığmanın rəhbərliyi ələ düşəcək belə fürsətlərdən istifadə etməyi planlaşdırır”.

Marionun nə demək istədiyini anlamadım
Jurnalistlər 58 yaşlı mütəxəssisin Mario Balotellinin fikrinə münasibətini də öyrəniblər. “Skuadra adzurra”nın indi “Syon”da çıxış edən 32 yaşlı sabiq hücumçusu Mançininin hücum xəttində müxtəlif variantları nəzərdən keçirmək şansının olmaması ilə bağlı açıqlamasına “instaqram” hesabında “İtaliyada hücumçular var və onlar indi yaxşı formadadılar” yazmaqla reaksiya verib.
Baş məşqçinin bu fikrə münasibəti belə olub: “Mən onun dediyi kimi, İtaliyada hücumçuların olmasına sevinirəm. Sözün düzü, onun nə demək istədiyini anlamadım. Bəlkə özünü nəzərdə tutur? Marionu çox sevirəm. Gəlin, onun həqiqətən də yaxşı formada olacağına ümid edək”.
Maraq üçün qeyd edək ki, AÇ-2012-nin gümüş mükafatçısı olan Balotelli 2018-ci ilin sentyabrından sonra milli formada görünməyib.

Bunu dirçəliş kimi qələmə verməzdim
Maraqlıdı ki, Mançini İtaliyanın üç klubunun Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanmasını heç də ölkə futbolunun dirçəlişi hesab etmir. Belə düşünmək üçün əsası var: “Üç komandamızın 1/4 finala çıxması çox yaxşıdı. Amma bunu futbolumuzun dirçəlişi kimi qələmə verməzdim. Ona görə ki, bu komandaların əsas heyətində oynayan yerli oyunçuların sayı təxminən 7-8-ə bərabərdi. Bu reallıqdı. Biz əvvəllər 3-4 saat küçədə futbol oynayar, sonra məşqə yollanardıq. İndi belə deyil. Və yeni adların hələ də məhəllə futbolunu davam etdirən Uruqvay, Argentina və Braziliya kimi ölkələrdən çıxması təsadüf sayıla bilməz. “Milan”, “Napoli” və “İnter”in heyətində 33 italiyalı futbolçu olsaydı, dirçəlişdən danışa bilərdim. Amma bu, mümkün deyil. Heç olmasa, bunun yarısı da milli komanda üçün kifayət edərdi...”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2022, 22:0

Mançini təcrübəli oyunçulardan niyə imtina edib?

Aktual
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Son xəbərlər
  • Bu gün, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Bu gün, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Bu gün, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Bu gün, 22:55
    Roderik Miller hardadı?
  • Bu gün, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Bu gün, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Bu gün, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə