Potter premyer-liqada qala bilər

3.04.2023 19:30 243
Dünya futbolu
"Lester" yeni baş məşqçi axtarışlarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, bu posta ən real namizəd "Çelsi"nin sabiq baş məşqçisi Qrem Potterdi. Klub rəhbərliyi ingiltərəlini "zadəganlar"a təyinatından öncədən izləyir. "Lester" mövsümün sonunda premyer-liqadakı yerini qoruyub saxlayarsa, o zaman çox güman ki, Potter komandanın baş məşqçisi olacaq.