Dünən İran və Rusiya yığmaları arasında Tehranda keçirilən və 30 min azarkeşin izlədiyi oyun heç-heçə bitib – 1:1.
“Football-plus.az” xəbər verir ki, iranlı futbol jurnalisti, ekspert və radio aparıcısı Əhməd Əli Zamtare bu oyunla bağlı maraqlı iddia irəli sürüb:
“Deyə bilmərəm ki, oyunun hansısa böyük faydası oldu. Şəxsən mən səni səviyyəcə üstələyən güclü rəqiblərlə oynamağın tərəfdarıyam. Qüvvələr nisbətinin 60-ın 40-a rəqibin xeyrinə olması ideal olardı. Ancaq anlayıram ki, İngiltərə, Almaniya, Braziliya və ya Argentina ilə razılaşmaq imkanı heç də həmişə ələ düşmür. Şəxsən mən oyunun heç-heçə bitəcəyinə şübhə etmirdim. Birbaşa sübutum olmadığına görə kimisə əvvəlcədən hesabı razılaşdırmaqda suçlaya bilmərəm. Ancaq şəxsi fikrim belədi: bəli, bu, əvvəlcədən heç-heçəyə razılaşdırılan oyun idi. Öz fikrimi demək hüququm var. Heç-heçə belə yoldaşlıq oyunları üçün ən optimal hesabdı. Komandalardan biri uduzmayandan heç kim uduzmur, məyus olmur. Məğlubiyyət halında uduzan tərəf, azarkeşlər narazı qalacaqdı, mətbuat tənqid etməyə başlayacaqdı”.