Rusiya - İran qarşılaşması hansı kanalda yayınlanacaq?

22.03.2023 20:05 339
Dünya futbolu
"Rusiya və İran milli komandaları arasında keçiriləcək oyun “Match TV”də yayınlanacaq".


“Football-plus.az” xəbər verir ki, bunu kanalın baş prodüseri Aleksandr Taşçin deyib. Qurum rəsmisi iranlıların bu işdə onlara kömək edəcəklərini dilə gətirib:

“Tamaşaçılarımız Rusiya və İran milli futbol komandaları arasındakı qarşılaşmanı telekanalımızdan izləyə biləcək. İranlı həmkarlarımızın texniki imkanları sayəsində oyunu yüksək səviyyədə yayınlayacağımıza ümid edirik”


KƏNAN BAHADIR