İran - Rusiya qarşılaşmasının keçiriləcəyi Azadi stadionu oyun üçün əlverişli deyil.
“Football-plus.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“RIA Novosti”nin əldə etdiyi informasiyaya görə, Tehranda yerləşən stadionun VIP bölmələrində belə yağışdan sonra sızıntılar olur. Rəhbərlik bəzi tribunaların yenilənməsi üçün təcili hərəkətə keçib.
Qeyd edək ki, sözügedən matçı 615-i Rusiyadan olmaqla 15 min azarkeş tribunadan izləyəcək.
KƏNAN BAHADIR