“Barselona” növbəti dəfə bir qol vurmaqla 3 xalı hesabına yazdı.
“Football-plus.az” xəbər verir ki, vaxtilə azarkeşlərini məhsuldar matçlara öyrəşdirən katalonlar indi, belə demək olarsa, qələbənin fərqli yolunu tapıb.
“Blauqrana” bu mövsüm La Liqada 8-ci dəfə 1:0 hesabıyla qalib gəldi. Bu, Kataloniya klubunun tarixində yeni rekorddu! Son iki mövsümdə çempionatda 13-cü dəfə bu hesabla qələbə qazanan “Barsa” həm də bu müddət ərzində Avropanın aparıcı 5 liqasında rekordçudu! “Göy-qırmızılar”ı 12 dəfə 1:0 hesabıyla qalib gələn “Real Sosyedad” və “Roma” izləyirlər.