"Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq

14.07.2026 22:41 29
Avrokuboklar
Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

"Football-plus.az" xəbər verir i, 2-ci təsnifat mərhələsində “Sabah”ın mümkün rəqiblərindən olan KuPS (Finlandiya) "Vardar"la (Şimali Makedoniya) qarşılaşıb.

Finlandiyanın Kuopio şəhərində keçirilən oyun meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, KuPS ümumi hesabla 4:3 qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, "Sabah" ilk oyunda evdə Uels təmsilçisi "Nyu Seynts"i 2:0 hesabı ilə məğlub edib.